Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır".
Oxu.Az xəbər verir ki, bunu Lenta.ru-ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib.
Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zamanı qanaxmanı tez dayandırmaq qabiliyyətindən asılı olduğundan, qanın laxtalanması mexanizmi üstünlük hesab olunurdu. Lakin bu xüsusiyyət müasir həyat tərzi ilə birlikdə təhlükə yarada bilər.
Həkim izah edib ki, insan uzun müddət hərəkətsiz qaldıqda damarlar sıxılır, venalarda qan dövranı yavaşlayır və bu da trombların yaranması üçün əlverişli şərait formalaşdırır.
"Bənzər vəziyyət "səyahətçi trombozu" zamanı da yaranır. Məsələn, insan təyyarə səfəri zamanı 7-8 saat ərzində hərəkətsiz oturarsa, aşağı ətraflarda tromboz yaranması riski yüksək olur. Təhlükə ondadır ki, əmələ gələn tromb qoparaq ürəyə, daha sonra isə ağciyər qan dövranı damarlarına düşə bilər. Bu, ağır nəticələrə, hətta ölümə səbəb ola bilər", - deyə Berezovski açıqlayıb.
Onun sözlərinə görə, bu cür hallar yalnız səyahət edənlər arasında deyil, həmçinin uzun müddət hərəkətsiz vəziyyətdə qalmağa məcbur olan hərbçilər və bəzi dini konfessiyaların nümayəndələri arasında da müşahidə edilib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 545 Tarix: 14 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toyda bəyin sevinci diqqət çəkdi - VİDEO
Sosial şəbəkələrdə toylardan birində lentə alınan maraqlı görüntülər yayılıb. xəbər verir ki, kadrlarda sevdiyi xanımla ailə quran bəyin sevinc dolu anları əks olunub. Gəlinlə birlikdə rəqs edən bəyin hərəkətləri və yüksək əhval-ruhiyyəsi diqqətdən yayınmayıb. Sevincini gizlədə bilməyən bəyin hərəkətlər
3 oktyabriPhone 18 Pro-da ciddi problemlər aşkarlandı
"Apple" yeni "iPhone" modellərində aşkarlanan bir sıra texniki problemləri aradan qaldırmaq üçün iOS 27.0.1 yeniləməsini təqdim edib. Yeniləmənin əsasən "iPhone 18 Pro" və "18 Pro Max" modellərindəki nasazlıqları düzəltdiyi bildirilir. xəbər verir ki, yeniləm
29 sentyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrEvin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan
3 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabrSanki yıxılırsınız: Yuxuya gedərkən bədən niyə qəfil diksinir?
Yuxuya gedərkən insanı qəfil oyadan bu ani diksinmənin elmi adı hipnik sıçrayışdır. Bu, əsasən qol və ya ayaq əzələlərinin qeyri-iradi yığılmasıdır və yıxılma hissi, ürəkdöyünmə və ya görüntülərin qısa müddətli canlanması ilə müşayiət oluna bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Science Blog"
29 sentyabrQəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
Yaxşı bir bifştek bişirmək sadəcə düzgün ət seçməkdən ibarət deyil. Ətin tavaya və ya manqala dəydiyi andan etibarən nə qədər müddət bişirilməsinə qədər bir çox detal alınacaq nəticənin dadına və toxumasına təsir edir. Uzun illərdir qəssablıq edən Rob Levitt bifştekin daha nəzarətli və stabil şəkild
3 oktyabr