Yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır? - AÇIQLAMA

Yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır? - AÇIQLAMAYeni tədris ilinin başlaması ilə məktəbli ailələrinin qarşısında ənənəvi olaraq əlavə xərclər yaranır. Məktəbli forması, çanta, dəftərxana ləvazimatları, ayaqqabı və digər zəruri ehtiyacların alınması ailə büdcəsinə ciddi yük yarada bilər. Bu il də müxtəlif məktəb ləvazimatlarının qiymətlərində əvvəlki illə müqayisədə artım olduğu bildirilir.

Bəs, yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır, bu xərclər ailə büdcəsinə nə qədər yük gətirir və məktəbli geyimi, çanta, dəftərxana ləvazimatları və digər zəruri məhsulların qiymətlərindəki artım ailələrin xərclərinə necə təsir edir?
Yeni tədris ili ilə bağlı məktəbli ailələrinin orta hesabla hansı xərcləri yaranır? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, məktəb ləvazimatlarında qiymət artımı müşahidə olunur.

"Lakin bu məhsulların ailə büdcəsində nə qədər pay tutduğunu hesablamaq mümkün deyil. Çünki bu, ailədən ailəyə dəyişir. Məsələn, bir ailə 50 manata çanta ala bilər, digər ailə isə əvvəlki ildən qalan çantadan istifadə edə bilər. Ona görə də bu məsələdə konkret rəqəm demək düzgün olmaz. Məktəbli çantaları və digər məktəb ləvazimatları qeyri-ərzaq məhsulları kateqoriyasına daxildir və ölkədə qeyri-ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Dəftərxana və şəkil çəkmək üçün ləvazimatlar da qiymət indeksində öz əksini tapır. Bu məhsulların qiyməti bu ilin iyulunda ötən ilin iyuluna nisbətən 5,5 faiz artıb. Yəni məktəb ləvazimatlarının qiymətində ötən illə müqayisədə təxminən 5,5 faizlik bahalaşma var".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 149   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Naxçıvanda taxıl biçini başa çatıb, istehsalın həcmi 22 % artıb

Naxçıvan Muxtar Respublikasında taxıl biçini başa çatıb, istehsalın həcmi ötən illə müqayisədə 22 % artıb. Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildiriib ki, bu il 13 778,1 hektar sahədə biçin aparılıb. Biçilmiş sahələrin 4 108,2 hektarın

1 sentyabr
.

Almaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat yayılıb. "Sentyabrın 2-də Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke ölkə hakimiyyətini

2 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Azərbaycanda məktəblərdə kompüterlərin sayı 30 %-ə yaxın artıb

Azərbaycanda 2025-сi il oktyabrın 1-i vəziyyətinə 4 167 əyani ümumtəhsil məktəbində kompüter olub və bu da bütün məktəblərin 99,3 %-ni təşkil edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə kompüteri olan məktəblərin say

1 sentyabr
.

IATA: İyulda hava nəqliyyatı ilə yük daşımaları 4 % artıb

Bu ilin iyul ayında hava nəqliyyatı ilə qlobal sərnişin və yük daşımalarına tələbat illik ifadədə müvafiq olaraq 0,2 % və 3,9 % artıb. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, iyulda sərnişin oturacaqlarının doluluq göstəricisi (PLF) 85,2 % səviyyəsinə çatıb ki, b

2 sentyabr
.

Azərbaycanda 8 ayda xarici vətəndaşlara 6 milyon manatdan çox ƏDV qaytarılıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 139 milyon 829,14 min manat ƏDV geri qaytarılıb. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyət

8 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr