David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ

David Seliverstov: "Məni sındırmaq mümkün deyil - mən Allaha və dövlətimə güvənirəm" - MÜSAHİBƏ"Bu gün haqqımda bəzi media nümayəndələri tərəfindən aparılan müzakirələri diqqətlə izlədim. Təəssüf hissi ilə qeyd edirəm ki, həmin müzakirələrdə jurnalistikanın əsas prinsiplərinə - obyektivliyə, tərəfsizliyə və peşəkarlığa əməl olunmadığını düşünürəm. Mənim barəmdə müxtəlif iddiaların araşdırılmadan, qarşı tərəfin mövqeyi öyrənilmədən və sübutlar təqdim edilmədən ictimaiyyətə çatdırılması yolverilməzdir".

Sonxeber.az xəbər verir ki, bunu "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov müsahibəsində bildirib.

Mən həmin şəxslərə və onların arxasında dayandığını düşündükləri qüvvələrə bir məsələni xatırlatmaq istəyirəm: heç kim özünü qanundan və məsuliyyətdən üstün hesab etməməlidir. Kiminsə müəyyən şəxslərə və ya dairələrə güvənməsi onun hüquqi məsuliyyətini aradan qaldırmır. Zaman hər şeyə öz qiymətini verir. Mən isə bütün məsələlərin qanun çərçivəsində araşdırılmasının tərəfdarıyam.
Bu günlər ərzində mənə qarşı müxtəlif hücumların olduğunu görürəm. Lakin bütün bunlara dözdüm və geri çəkilmədim. Əksinə, "Magen David" qalxanımızı daha da möhkəm qaldırmışıq. Məni sındırmaq mümkün deyil. Mən Allaha və dövlətimə güvənirəm.

Mən Azərbaycan dövlətinə bağlı, öz ölkəsini və Vətənini sevən bir insanam. Dövlətçilik və qanunun aliliyi mənim üçün fundamental dəyərlərdir. Azərbaycan Prezidentinin media və sosial şəbəkələrdə qanunçuluğun və məsuliyyətin təmin olunmasına yönəlmiş fərman və sərəncamlarının olduğunu nəzərə alaraq hesab edirəm ki, hər bir jurnalist ilk növbədə qanunlara və peşə etikası prinsiplərinə hörmət etməlidir.

Azad fikir ifadə etmək hüququ demokratik cəmiyyətin mühüm dəyəridir. Lakin azad fikir heç kimə başqa şəxsin şərəf və ləyaqətini alçaltmaq, təsdiqlənməmiş ittihamları fakt kimi təqdim etmək və ya dövlətçiliyə zərər vura biləcək məsuliyyətsiz məlumatlar yaymaq hüququ vermir.

Xüsusilə süni intellekt vasitəsilə insanların görüntülərinin dəyişdirilməsi, müxtəlif şəkillərin hazırlanaraq onların təhqir və nüfuzdan salınma məqsədilə mediada və sosial şəbəkələrdə yayılması ciddi məsələdir. Texnologiyanın imkanlarından istifadə etmək olar, amma bu imkanlardan insanın hüquq və ləyaqətinə qarşı istifadə edilməsi yolverilməzdir.

Bir neçə gün əvvəl sosial şəbəkədə və rəsmi müraciətlə Prezident Administrasiyasına, həmçinin Media və Yayım Şurasına müraciət etmişəm. Müraciətimin ardınca haqqımda "9-cu son, sənin üçün ağlayır" başlığı ilə material yayımlandı. Mən hesab edirəm ki, belə başlıq jurnalistikanın ciddiliyinə və peşəkar üsluba uyğun deyil. İnsan haqqında material hazırlayan jurnalist onunla bağlı məsələyə emosional və təhqiramiz ifadələrlə deyil, faktlar və sənədlər əsasında yanaşmalıdır.

Mənim üçün əsas məsələ şəxsi mübahisə deyil. Əsas məsələ jurnalistikanın məsuliyyətidir. Əgər bir insan haqqında ciddi ittiham səsləndirilirsə, bunun hüquqi və faktoloji əsası göstərilməlidir. İddia ilə faktı bir-birindən ayırmaq jurnalistikanın ən fundamental prinsiplərindəndir.

"Magen David Azerbaijan" İnsan Hüquqlarının Müdafiəsi və Xeyriyyəçilik Cəmiyyəti bundan sonra da öz fəaliyyətini davam etdirəcək. "Magen David" bizim üçün müqəddəs və mühüm simvoldur. Bu adın müxtəlif məqsədlərlə siyasi və ya dini qarşıdurma predmetinə çevrilməsinə cəhdləri qəbul etmirəm.
Azərbaycan tarixən müxtəlif xalqların və dini icmaların birgə yaşadığı ölkədir. Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin mühüm dəyərlərindəndir. Hesab edirəm ki, bu dəyərləri qorumaq hər bir vətəndaşın, o cümlədən media nümayəndələrinin məsuliyyətidir.

Heç kim Azərbaycan cəmiyyətində milli və ya dini zəmində qarşıdurma yaratmağa çalışmamalıdır. Mən yəhudi olaraq da, Azərbaycan vətəndaşı olaraq da ölkəmin sabitliyinə, multikultural mühitinə və dövlətçiliyinə hörmətlə yanaşıram.
Harada olmağımızdan asılı olmayaraq, biz Azərbaycan dövlətinə və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə hörmətlə yanaşırıq. Ölkəmizin nüfuzuna zərər vura biləcək məsuliyyətsiz yanaşmaların qarşısının alınması üçün hüquqi və ictimai müstəvidə mübarizəmizi davam etdirəcəyik.

Mən bu günlərdə baş verənlərdən qorxmuram. Mən geri çəkilən insan deyiləm. Mənim güvəndiyim əsas məqam qanun, dövlətçilik və Allahın ədalətidir. Hər kəs öz sözünə və əməlinə görə məsuliyyət daşımalıdır.
İnanıram ki, bütün bu məsələlər hüquqi müstəvidə obyektiv şəkildə araşdırılacaq və həqiqətlər ortaya çıxacaq.

David Seliverstovun geniş müsahibəsini təqdim edirik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 236   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alla Axundova vəfat etdi

Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad

17 sentyabr
.

Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir. xəbər verir ki, bununla bağlı "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikli

16 sentyabr
.

Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq

"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə

16 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

"Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış. Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş:

17 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16 sentyabr
.

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı

"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr

17 sentyabr