Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə belə müəyyən olunur - AÇIQLAMA
Yetkin şəxsin azyaşlı ilə birlikdə cinayət törətməsi hallarında məsuliyyət məsələsi yalnız uşağın hadisədə iştirak edib-etməməsi ilə məhdudlaşmır. Azərbaycan Cinayət Məcəlləsinin 170-ci maddəsinə əsasən, 18 yaşına çatmış şəxsin yetkinlik yaşına çatmayanı aldatma, vəd və ya hədə-qorxu yolu ilə cinayətkar fəaliyyətə cəlb etməsi ayrıca cinayət hesab olunur.
Bəs, yetkin şəxsin yetkinlik yaşına çatmayanı cinayət törətməyə cəlb etdiyi hansı hallarda hüquqi baxımdan müəyyən edilə bilər, belə təsirin sübuta yetirilməsi zamanı uşağa verilən vədlər, hədə-qorxu, aldatma, təlimat və digər hərəkətlər necə qiymətləndirilir və yetkin şəxsin uşaqla birlikdə cinayət törətməsi hansı hallarda ayrıca məsuliyyət yaradır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxslə birlikdə cinayət törətməsi özlüyündə və avtomatik olaraq yetkinlik yaşına çatmayan şəxsin cinayətkar fəaliyyətə cəlb edilməsi anlamına gəlmir.
"Bu məsələ üzrə hüquqi qiymətləndirmə aparılarkən yetkin şəxsin konkret hərəkətlərinin xarakteri, onun niyyəti və yetkinlik yaşına çatmayan şəxsə göstərdiyi təsirin məzmunu müəyyən edilməlidir. Cinayətkar fəaliyyətə cəlbetmə dedikdə, mahiyyət etibarilə yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxsin cinayət törətməsinə yönəlmiş iradəsinin formalaşdırılmasına və ya mövcud niyyətinin gücləndirilməsinə yönələn fəal davranışı nəzərdə tutulur. Bu təsir müxtəlif formalarda - təhrik etmə, inandırma, sövq etmə, hədə-qorxu, vəd, maddi və ya digər maraq yaratma, yetkinlik yaşına çatmayan şəxsin təcrübəsizliyindən və ya psixoloji xüsusiyyətlərindən istifadə etmə və digər üsullarla ifadə oluna bilər".
O, bildirib ki, belə təsirin mövcudluğunun müəyyən edilməsi üçün, ilk növbədə, cinayətin törədilməsi təşəbbüsünün kimdən irəli gəlməsi, cinayətin əvvəlcədən planlaşdırılıb-planlaşdırılmaması, tərəflər arasında cinayətlə bağlı razılaşmanın necə yaranması, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxsə konkret tapşırıq və ya göstəriş verib-verməməsi, onun davranışının uşağın cinayət törətmək qərarına təsir edib-etməməsi araşdırılmalıdır:
"Sübutetmə baxımından isə yalnız yetkinlik yaşına çatmayan şəxsin və ya yetkin şəxsin ifadəsi ilə kifayətlənmək düzgün yanaşma olmaz. İşin konkret hallarından asılı olaraq şahid ifadələri, yazışmalar, telefon danışıqları, audio-video materiallar, elektron məlumatlar, cinayətin hazırlanması və törədilməsi ilə bağlı digər sübutlar, eləcə də tərəflərin cinayətdən əvvəlki və sonrakı davranışları qiymətləndirilə bilər. Bu sübutlar Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq əldə edilmiş və yol verilən sübutlar olmalı, onların məcmusu əsasında nəticəyə gəlinməlidir. Xüsusilə qeyd etmək istəyirəm ki, yetkinlik yaşına çatmayan şəxsin cinayətin törədilməsində iştirak etməsi ilə yetkin şəxsin onu cinayətkar fəaliyyətə cəlb etməsi eyni hüquqi məna daşımır. Birinci hal birgə iştirak məsələsi olduğu halda, ikinci halda yetkin şəxsin məhz yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə yönəltməyə dair qəsdinin və bu istiqamətdə konkret hərəkətlərinin müəyyən edilməsi tələb olunur".
Onun sözlərinə görə, belə işlərdə yalnız "cinayəti birlikdə törədiblər" faktına əsaslanaraq yetkin şəxsin uşağı cinayətkar fəaliyyətə cəlb etdiyi nəticəsinə gəlmək hüquqi baxımdan kifayət qədər əsaslı yanaşma hesab edilə bilməz:
"Hüquqi tövsif üçün yetkin şəxsin davranışı, qəsdi, təsirin üsulu, həmin təsirin nəticəsi və cinayətkar fəaliyyətə cəlbetmə ilə törədilmiş əməl arasındakı səbəbli əlaqə konkret sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan məsələnin dəqiq hüquqi qiymətləndirilməsi isə konkret işin faktiki halları və toplanmış sübutlar əsasında mümkündür".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Bəyin atası da idarə rəisi işləyib - Foto
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
"Bəy Mamed" yaşayış kompleksinin həyətini hasarlayıb özünə villa tikdirir" (FOTO)
Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Sabah bu ərazilərdə qaz olmayacaq
Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı
Tələbələrə ŞAD XƏBƏR: Təhsil krediti ilə bağlı yeni meyarlar formalaşır - Deputatdan AÇIQLAMA
Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı