Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA

Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMAAvropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrində tətbiq olunan yüksək vergi yükü də son qiymətə təsir göstərir. Xüsusilə Yaxın Şərqdə enerji təchizatı ilə bağlı risklərin artması Avropa bazarında qiymət dəyişkənliyini gücləndirir.

Bəs, Avropada yanacağın qiymətinin bahalaşmasına hazırda əsasən hansı amillər təsir edir, neftin dünya bazarındakı qiyməti, vergilər, logistika və emal xərcləri ilə yanaşı, geosiyasi proseslərin yanacağın son qiymətində rolu nə qədərdir?
Avropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Avropada yanacağın bahalaşmasında əsas amillərdən biri neftin dünya bazarındakı qiymətidir, lakin qiymətin formalaşmasında təkcə neftin dəyəri rol oynamır.

"Xam neft bahalaşdıqda emal olunmuş yanacağın maya dəyəri artır və bu, müəyyən müddətdən sonra pərakəndə qiymətlərə də keçir. Avropa ölkələrində vergilər də çox ciddi paya malikdir. Benzin və dizel üzərinə aksiz və əlavə dəyər vergisi tətbiq olunur və bu vergilərin yüksək olması neftin qiyməti dəyişməsə belə, yanacağın son istehlakçı üçün baha olmasına səbəb olur. Ölkələr arasında qiymət fərqlərinin yaranmasında vergi siyasəti mühüm amildir. Logistika və emal xərcləri də son qiymətə təsir edir. Neftin daşınması, neft emalı zavodlarının xərcləri, yanacağın terminallarda saxlanılması və avtomobil yanacaqdoldurma məntəqələrinə çatdırılması kimi mərhələlərin hər birinin öz maya dəyəri var. Xüsusilə Avropanın enerji təchizatında marşrutların dəyişməsi logistika xərclərini və riskləri artıra bilər".

Ekspert bildirib ki, hazırkı şəraitdə geosiyasi amil də xüsusi əhəmiyyət daşıyır:

"Yaxın Şərqdə münaqişələrin genişlənməsi, Hörmüz və Bab əl-Məndəb kimi strateji marşrutlarla bağlı risklərin artması neft və neft məhsullarının dünya bazarına çıxarılmasında fasilə ehtimalını yüksəldir. Bazar isə yalnız faktiki təchizat azalmasına deyil, belə risklərə dair gözləntilərə də reaksiya verir. Buna görə Avropada yanacağın qiymətini yalnız "neft bahalaşıb" ifadəsi ilə izah etmək düzgün deyil. Neftin dünya qiyməti əsas baza amilidir, amma onun üzərinə vergilər, emal və logistika xərcləri, valyuta məzənnələri, regional təchizat vəziyyəti və geosiyasi risklər əlavə olunur. Bu amillərin bir neçə istiqamətdə eyni vaxtda mənfi dəyişməsi yanacağın pərakəndə qiymətində daha kəskin artım yarada bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 334   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 97,91 dollar/barel təşkil edib

Neft qiymətləri Yaxın Şərqdəki uzunmüddətli münaqişə ilə bağlı artan narahatlıqlar fonunda yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,91 dollar (0,94%) çox, 97,91 dollar/barel təşki

8 sentyabr
.

Azərbaycan diri heyvan ixracından gəlirini 45 dəfəyədək artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 12,6 milyon dollar dəyərində diri heyvan ixrac edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7 dəfə çoxdur

14 sentyabr
.

Qızılın qiyməti avqustun əvvəlindən bəri ən aşağı səviyyəyə düşdü

Qızılın qiyməti neft qiymətlərinin kəskin artması fonunda düşüb və bu da ABŞ-da inflyasiyanın sürətlənməsi və pul siyasətinin sərtləşdirilməsi ilə bağlı narahatlıqları artırıb. xəbər verir ki, Comex-də dekabr ayı üçün qiymətli metalın fyuçersləri 0,9% azalaraq unsiyası üçün 4356,6 dollara düşüb ki, b

2 sentyabr
.

Bitkoinin qiyməti azalıb

Bitkoinin qiyməti son 24 saatda 0,86% azalaraq 77,3 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 0,27% artaraq 2475 dollar təşkil edib

11 sentyabr
.

Bu avtomobillərin kreditlə alışı daha SƏRFƏLİDİR - AÇIQLAMA

Elektrik və hibrid avtomobillərə kredit şərtlərində tətbiq olunan fərqlər həm ekoloji təmiz nəqliyyatın təşviqi, həm də bu avtomobillərin maliyyə əlçatanlığının artırılması məqsədi daşıyır. Azərbaycanda bu nəqliyyat vasitələri üçün daha aşağı ilkin ödəniş imkanlarının yaradılması da alıcının avtomobil

31 avqust
.

Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu

15 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr