Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMAUniversitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsil nəticələrinə mənfi təsir göstərə bilər. Bu baxımdan tələbənin seçdiyi işin təhsil qrafikinə uyğun olması və vaxt bölgüsünü düzgün aparması mühüm əhəmiyyət daşıyır.

Bəs, tələbənin təhsillə yanaşı işləməsi gələcək karyerasına hansı üstünlükləri verə bilər, hansı hallarda bu, dərs nəticələrinə mənfi təsir göstərir və tələbə iş seçərkən təhsil ilə iş arasında balansı qorumaq üçün nələrə diqqət etməlidir?
Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, tələbələrin təhsil aldığı müddətdə işləməsi düzgün təşkil olunarsa, gələcək karyeraları üçün kifayət qədər faydalı ola bilər.

"Universitet yalnız nəzəri biliklərin əldə edildiyi məkan deyil, həm də əmək bazarına hazırlıq mərhələsidir. Tələbənin oxuduğu ixtisasla bağlı və ya ona yaxın sahədə işləməsi əldə etdiyi nəzəri bilikləri praktikada sınamasına, iş mühitində tanınmasına, kommunikasiya və komanda ilə işləmək bacarığının inkişaf etdirilməsinə imkan yaradır. Eyni zamanda, CV-də real iş təcrübəsinin olması məzun olduqdan sonra işə qəbul prosesində müəyyən üstünlüklər qazandıra bilər. Lakin burada əsas məsələ işləməyin özü deyil, iş və təhsil arasındakı balansdır. Tələbə uzun iş saatlarına cəlb olunursa, gecə növbəsində çalışırsa və ya iş qrafiki dərslərlə toqquşursa, bunun akademik nəticələrə mənfi təsir göstərməsi mümkündür. Yorğunluq, yuxu rejiminin pozulması, dərslərə hazırlaşmağa vaxtın azalması, imtahan və seminarlar üçün kifayət qədər vaxt ayıra bilməmək nəticədə qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Xüsusilə ilk kurslarda universitet mühitinə uyğunlaşma prosesi gedərkən ağır iş qrafiki tələbə üçün əlavə yük yarada bilər".

Ekspert bildirib ki, tələbə iş seçərkən ilk növbədə iş saatlarına və qrafikin çevikliyinə diqqət etməlidir:

"İş universitetdəki dərslərin hesabına qurulmamalıdır. İkinci mühüm məqam isə işin tələbənin ixtisasına və gələcək karyera istiqamətinə nə dərəcədə uyğun olmasıdır. Məsələn, iqtisadiyyat tələbəsinin mühasibatlıqda, hüquq tələbəsinin hüquq şirkətində, jurnalistika tələbəsinin media sahəsində çalışması həm gəlir əldə etmək, həm də peşəkar təcrübə toplamaq baxımından daha məqsədəuyğun ola bilər. Bununla yanaşı, tələbə yalnız yüksək maaşa görə iş seçməməlidir. İşin qazandırdığı təcrübə, peşəkar əlaqələr, inkişaf imkanları və gələcək karyeraya verəcəyi töhfə də nəzərə alınmalıdır. Bəzən daha az maaşlı, lakin ixtisasla əlaqəli iş təcrübəsi tələbənin gələcək karyerasına daha böyük töhfə verə bilər".

Onun sözlərinə görə, balansın qorunması üçün tələbənin konkret həftəlik planı olmalıdır:

"Dərs, müstəqil hazırlıq, iş, istirahət və yuxu üçün vaxt əvvəlcədən müəyyənləşdirilməlidir. Əgər tələbə görürsə ki, iş səbəbindən dərslərdə davamiyyəti azalır, tapşırıqları gecikir və akademik nəticələri pisləşir, bu zaman iş saatlarını azaltmaq və ya daha çevik işə keçmək lazımdır. Burada universitetlərin də üzərinə müəyyən məsuliyyət düşür. Part-time, çevik qrafikli və tələbələrin dərs cədvəlinə uyğun iş imkanlarının artırılması həm gənclərin əmək bazarına erkən inteqrasiyasına, həm də təhsilin keyfiyyətinin qorunmasına xidmət edə bilər. Nəticə etibarilə, tələbələrin işləməsi təhsilə alternativ olmamalıdır, təhsili tamamlayan təcrübəyə çevrilməlidir. Əgər iş tələbənin bilik və bacarıqlarını artırır, ona peşəkar mühit qazandırır və təhsil prosesini pozmursa, bu, gələcək karyera üçün ciddi üstünlük yarada bilər. Əksinə, iş təhsilin önünə keçirsə və tələbənin qısamüddətli gəlir naminə uzunmüddətli peşəkar inkişaf imkanlarını itirməsi riskini yaradırsa, bu, məqsədəuyğun deyil".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 154   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021