UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video
Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb.
"Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb.
Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, həmin ərazidə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədilə müvəqqəti piyada keçidi üçün xüsusi hissə ayrılıb və həmin hissəyə çınqıl örtük döşənib: "Eyni zamanda, ərazinin digər istiqamətində də piyadaların hərəkəti üçün ayrıca keçid hissəsi mövcuddur.
Təhlükəsizlik tədbirləri çərçivəsində hər iki istiqamətdə piyada hərəkət zonalarının tikinti sahəsindən ayrılması məqsədilə xüsusi çəpərləmə vasitələrindən və xəbərdaredici lentlərdən istifadə olunub.
Sözügedən hissə Koroğlu-Həsən Əliyev avtomobil yolu layihəsinin tərkib hissəsidir. Layihə Bakı şəhəri və şəhərətrafı ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025-2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq icra olunur.
Hazırda tikinti işləri təsdiq edilmiş qrafikə uyğun şəkildə davam etdirilir və layihənin müəyyən olunmuş müddətdə yekunlaşdırılması nəzərdə tutulur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 616 Tarix: 16 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSaatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:
17 noyabrEvə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On
17 noyabrXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
17 noyabrDirektorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabr