Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib.
"Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb.
Sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır. Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı isə - Kənan Zindadil universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.
Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam komissiyasının iclası keçirilib.
Ali təhsil müəssisəsi ilə təhsil alacaq təhsilalan arasında bağlanan Fərdi müqavilənin 2.3.3. bəndini,"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları"nın 5.4. bəndini (a) Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə), əsas götürərərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir daha bildirir ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşır, onların özlərini rahat və təhlükəsiz hiss etdikləri təhsil mühitinin formalaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirir".
Xatırladaq ki, sosial şəbəkədə "leylakenan" adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər.
Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyərək, tələbələrə fiziki xəsarətlər yetirəcəklərini bildiriblər. Hətta bundan əvvəlki illərdə xəsarət yetirdikləri olduğunu xatırladıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rəşid Mahmudovun evində partlayış baş verib?
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Güclü küləklə bağlı xəbərdarlıq
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri
Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
Kadir İnanırın mirasının məbləği açıqlandı
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan-Böyük Britaniya arasında əməkdaşliq perspektivləri