"Kənd məhsulu" adı məhsulun yüksək keyfiyyətli olması demək deyil - AÇIQLAMA

"Kənd məhsulu" adı məhsulun yüksək keyfiyyətli olması demək deyil - AÇIQLAMABazarda "kənd məhsulu", "təbii məhsul" və "ev məhsulu" adı ilə müxtəlif qida məhsulları satılır. İstehlakçı isə məhsulun həqiqətən kənd şəraitində hazırlanıb-hazırlanmadığını və təhlükəsizlik tələblərinə cavab verib-vermədiyini yalnız görünüş və dada əsasən müəyyən etməkdə çətinlik çəkə bilər.

Bəs, istehlakçı bazarda "kənd məhsulu" adı ilə satılan məhsulun həqiqətən təbii və keyfiyyətli olduğunu necə müəyyən edə bilər, yalnız görünüşünə və dadına güvənmək nə dərəcədə doğrudur və məhsul alarkən etiket, mənşə, saxlanma şəraiti, son istifadə tarixi və digər hansı göstəricilərə diqqət yetirilməlidir?
"Kənd məhsulu" adı məhsulun yüksək keyfiyyətli olması demək deyil - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, "kənd məhsulu" adı məhsulun avtomatik olaraq təbii, ekoloji və ya yüksək keyfiyyətli olması demək deyil.

"İstehlakçı yalnız məhsulun görünüşünə, rənginə və dadına əsaslanaraq onun təhlükəsizliyini və istehsal şəraitini dəqiq müəyyən edə bilməz. Çünki bəzi keyfiyyət və təhlükəsizlik problemləri gözlə və dadla aşkar olunmur. Məhsul alarkən ilk növbədə etiket və qablaşdırmaya diqqət yetirmək lazımdır. Məhsulun adı, tərkibi, istehsalçı və ya satıcı barədə məlumat, istehsal və son istifadə tarixi, saxlanma şəraiti kimi məlumatların olub-olmaması yoxlanılmalıdır. Xüsusilə qablaşdırılmış məhsullarda etiket məlumatlarının tam və oxunaqlı olması vacibdir".

Ekspert bildirib ki, saxlanma şəraiti də mühüm göstəricidir:

"Məsələn, süd, qaymaq, pendir, ət, yumurta kimi məhsullar uyğun temperaturda və gigiyenik şəraitdə saxlanılmalıdır. Açıq şəkildə, günəş altında, tozlu və ya çirkli mühitdə satılan məhsulların alınması əlavə risk yarada bilər. Məhsulun görünüşündə kif, rəng dəyişməsi, seliklilik, şişmiş və ya zədələnmiş qablaşdırma, xoşagəlməz qoxu kimi əlamətlər varsa, onu almaqdan imtina etmək lazımdır. Lakin normal görünüş və dad məhsulun təhlükəsiz olduğuna tam zəmanət vermir. Mikroorqanizmlərlə çirklənmə və bəzi kimyəvi risklər məhsulda hiss olunmaya bilər".

Onun sözlərinə görə istehlakçı "kənd məhsuludur, deməli təbiidir" yanaşmasından uzaq durmalı, məhsulun mənşəyi, etiket məlumatları, satıcının etibarlılığı, gigiyenik və temperatur şəraiti, qablaşdırmanın vəziyyəti və istifadə müddətini birlikdə qiymətləndirməlidir. Şübhəli və mənşəyi məlum olmayan məhsullarda isə yalnız görünüşə və satıcının sözünə güvənmək düzgün deyil.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 114   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

Karantin rejimi yanvara qədər uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə

17 sentyabr
.

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini

16 sentyabr
.

Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"

16 sentyabr
.

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey

16 sentyabr
.

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında 3 illik memorandum imzalandı

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən 3 illik memorandum imzalanıb. xəbər verir ki, memorandumun əsas məqsədi təhsil və psixoloji xidmətlər sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə və gənclərin psixoloj

16 sentyabr
.

Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər

17 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

DSMF-nin xərcləri 8 ayda 5,4 milyard manatı ötüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında 5 milyard 712 milyon manat təşkil edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, proqnozla müqayisədə 5 % və ya 264 milyon manat çoxdur. Fondun gəlirlər

15 sentyabr