Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMAHazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndirilə bilər.

Bəs, şəxsiyyət vəsiqəsində həm ata, həm də ana adının göstərilməsi cəmiyyət və ailə münasibətləri baxımından hansı əhəmiyyət daşıya bilər, bu yanaşma gender bərabərliyinə və uşağın hər iki valideyninin hüquqi baxımdan daha bərabər şəkildə tanınmasına necə təsir göstərə bilər?
Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, şəxsiyyət vəsiqəsinin formalaşdırılması və ona müxtəlif yeniliklərin əlavə edilməsi ölkəmizdə dünya təcrübəsi və müəyyən standartlar əsasında həyata keçirilir.

"Xüsusilə xarici pasportlar, kimliyi təsdiq edən sənədlər və şəxsiyyət vəsiqələri yüksək standartlar əsasında hazırlanır. Hazırda SİMA, myGov və digər tətbiqlər vasitəsilə şəxsin kimliyi və onunla bağlı geniş məlumatlar elektron sistemlərdə öz əksini tapır. Ailə qurduqdan sonra bəzi insanlar soyadlarını dəyişir, bəziləri isə əvvəlki soyadlarını saxlayır. Bəzi qadınlar isə həyat yoldaşının soyadı ilə öz soyadını yanaşı istifadə etməyi seçirlər. Yeni doğulan uşaqlarla bağlı isə indiyədək tətbiq olunan təcrübəyə əsasən, onun atasının adı və kimin övladı olması qeyd olunur. Təbii ki, uşaq həm ananın, həm də atanın övladıdır. Bu baxımdan qadınların da şəxsiyyət vəsiqəsində öz adlarının qeyd olunmasını istəməsi və övlad üzərində valideynlik hüququnun göstərilməsini arzulaması mənəvi baxımdan başadüşüləndir. Lakin şəxsiyyət vəsiqələrində valideyn məlumatlarının qeyd olunması ilə bağlı dünya təcrübəsinə nəzər saldıqda, bir çox ölkələrdə əsasən ata adı və soyadı ilə bağlı məlumatların istifadə olunduğu görünür".

Sosioloq bildirib ki, digər tərəfdən, valideynlər boşandıqda da hər iki tərəf yetkinlik yaşına çatmayan uşaq üzərində bərabər məsuliyyət daşıyır:

"Uşağın xaricə aparılması məsələsində də valideynlərin hüquq və məsuliyyətləri nəzərə alınır. Bu baxımdan, uşağın şəxsiyyət vəsiqəsində yalnız ata adının qeyd olunması ananın valideynlik hüquqlarını aradan qaldırmır. Azərbaycanda tətbiq olunan müasir şəxsiyyət vəsiqəsi müasir standartlara uyğun hazırlanmış sənəddir. Ona görə də uşağın həm atasının, həm də anasının adının şəxsiyyət vəsiqəsində qeyd olunmasına geniş ehtiyac olduğunu düşünmürəm. Hazırda informasiya sistemləri və məlumat bazaları o qədər inkişaf edib ki, yeni doğulan uşaq haqqında geniş məlumatlar elektron sistemlərdə əks olunur. Bu baxımdan, şəxsiyyət vəsiqəsinə əlavə məlumat daxil edilməsinə zərurət görmürəm. Bundan əlavə, inkişaf etmiş ölkələrin təcrübəsində də belə bir meyarın geniş yayılmadığını düşünürəm. Ailə və nəsil ağacı məsələsində isə ata xətti əsas götürülür, ana da bu prosesdə mühüm rol oynayır. Dünyada ailə qurduqdan sonra qadınların həyat yoldaşının soyadını götürməsi də ailə və nəsil xəttinin vahidliyinin qorunması ilə əlaqələndirilir".

Ekspert hesab edir ki, şəxsiyyət vəsiqəsində ana adının da qeyd olunması ailə institutunda müəyyən haçalanma və şaxələnmə prosesini sürətləndirə bilər:

"Buna görə də soyadla yanaşı həm ata, həm də ana adının qeyd olunmasına ehtiyac yoxdur. Müasir dövrdə informasiya sistemləri şəxs və onun valideynləri haqqında kifayət qədər geniş məlumatı özündə saxlayır. Mövcud yanaşmanın qorunması isə ailə institutunda nəsil xəttinin davamlılığının təmin olunmasına xidmət edən amillərdən biridir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 149   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

Karantin rejimi yanvara qədər uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə

17 sentyabr
.

Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama

Bakıda 264 nömrəli məktəb-liseyin XI sinif şagirdlərinin sinif otağında elektron siqaretdən istifadə etməsi və həmin anların sosial şəbəkədə canlı yayımlanması ilə bağlı polis tərəfindən profilaktik tədbirlər görülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini

16 sentyabr
.

Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"

16 sentyabr
.

Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər

Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qey

16 sentyabr
.

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında 3 illik memorandum imzalandı

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən 3 illik memorandum imzalanıb. xəbər verir ki, memorandumun əsas məqsədi təhsil və psixoloji xidmətlər sahəsində əməkdaşlığın genişləndirilməsi, tələbə və gənclərin psixoloj

16 sentyabr
.

Əhali sayı 10,2 milyona çatdı: Doğum və nikah göstəriciləri aşağı düşdü

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər

17 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

DSMF-nin xərcləri 8 ayda 5,4 milyard manatı ötüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında 5 milyard 712 milyon manat təşkil edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, proqnozla müqayisədə 5 % və ya 264 milyon manat çoxdur. Fondun gəlirlər

15 sentyabr