Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA

Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMAXaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməsi ilə bağlı suallar yaradır.

Bəs, xaricdə universitet bitirən Azərbaycan vətəndaşının diplomu Azərbaycanda tanınmadıqda onun hərbi xidmətə çağırılması məsələsi hansı qaydada müəyyənləşdirilir və diplomun tanınması ilə bağlı sənədlərin vaxtında təqdim olunması şəxsin hərbi xidmət müddətinə necə təsir göstərə bilər?
Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən hərbi eksperti Üzeyir Cəfərov bildirib ki, xaricdə universitet bitirən Azərbaycan vətəndaşlarının diplomları müəyyən prosedurdan keçərək tanınmalıdır.

"Diplom tanındıqdan sonra həmin şəxs ali təhsilli hesab olunur. Əgər diplom tanınmırsa, şəxs müəyyən əsaslarla orta təhsilli hesab edilir və 18 ay müddətinə hərbi xidmət keçməlidir. Hərbi xidmətə çağırılarkən diplom varsa, sənəd çağırışçının şəxsi işinə əlavə olunur və onun ali təhsilli olduğu qeyd edilir. Bu halda hərbi xidmət müddəti bir il olur. Əgər diplom vaxtında əldə edilməyibsə və sonradan alınıbsa, vətəndaşın ailə üzvlərindən biri etibarnamə əsasında diplomu əldə edib, notarial qaydada təsdiqlədikdən sonra hərbi xidmət keçdiyi hərbi hissəyə təqdim edə bilər. Bu sənəd əsasında həmin şəxs qanunvericiliyə uyğun olaraq ali təhsilli kimi nəzərə alınır və bir il xidmət müddəti tamam olduqdan sonra təxris edilir".

Ekspert bildirib ki, diplomun tanınması ilə bağlı sənədin vaxtında təqdim olunmaması, xüsusilə təhsil başa çatdıqdan sonra diplomun müəyyən müddət ərzində hazır olmaması halında, hərbi xidmət müddətinə təsir göstərə bilər:

"Lakin bu, böyük problem deyil və əsasən texniki məsələdir. Şəxs xidmətə başladıqdan sonra diplom əldə edilərsə, sənəd hərbi hissəyə təqdim olunur. Şəxsən mənim praktikamda da belə hal olub. Övladımın diplomunu etibarnamə əsasında mən almışam, təsdiqlətdirib hərbi hissəyə təqdim etmişəm. Çağırış sistemində isə həmin şəxsin ali təhsil aldığı barədə məlumatlar əvvəlcədən qeyd olunur. Çünki onun ali təhsil alması ilə bağlı bir neçə il ərzində Səfərbərlik Xidmətində müvafiq qeydlər aparılır. Ona görə də hesab edirəm ki, burada böyük və ya qlobal problem yoxdur. Bu, əsasən texniki məsələlərdir və valideynlər də lazımi sənədləri təqdim etməklə bu məsələləri həll edə bilirlər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 177   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəblilərin davranışına nəzarət: intizam və tərbiyə arasında düzgün balans

Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı təhsil müəssisəsi deyil, eyni zamanda uşağın şəxsiyyət kimi yetişdiyi mühüm sosial mühitdir. Şagirdin dərsə münasibəti, müəllim və sinif yoldaşları ilə ünsiyyəti, məktəbin daxili qaydalarına əməl etməsi və məsuliyyətli davranışı onun gələcək sosia

16 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

Karantin rejimi yanvara qədər uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə

17 sentyabr
.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

TƏBİB sədri Adil Rzayevi baş həkim təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 2 nömrəli Xəstəxanada yeni təyinat baş tutub. Əmrə əsasən, Adil Rzayev sözügedə

16 sentyabr
.

Türkiyə-Azərbaycan Universitetində neçə tələbə təhsil alacaq?

2026-2027-ci tədris ilində Türkiyə-Azərbaycan Universitetində (TAU) ümumilikdə 289 tələbənin təhsil alacağı gözlənilir. Bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il universitetə 115 nəfəri qəbul olunub. Bu da ötən illə müqayisədə yeni tələbələrin sayınd

16 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr