Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Mobil nömrələrin istifadədən çıxarılaraq sonradan başqa şəxslərə verilməsi vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı müəyyən risklər yarada bilər. Xüsusilə bank tətbiqləri, sosial şəbəkələr, elektron poçt və müxtəlif onlayn xidmətlərdə hesabların telefon nömrəsinə bağlı olması nömrə dəyişdirildikdə əlavə təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edir. Əks halda əvvəlki nömrənin yeni sahibinin bəzi hesablara giriş və ya şifrə bərpası imkanından istifadə etməsi riski yarana bilər.
Bəs, istifadədən çıxarılan mobil nömrənin başqa şəxsə verilməsi hansı hallarda bank, sosial şəbəkə və digər onlayn hesabların təhlükəsizliyi üçün risk yarada bilər və vətəndaşlar nömrəni dəyişdikdə və ya istifadədən çıxardıqda hansı hesab və xidmətlərdə məlumatlarını yeniləməli, hesablarını qorumaq üçün hansı təhlükəsizlik tədbirlərini görməlidirlər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, Azərbaycanın müəyyən hissəsində əhali hələ də rəqəmsal dünyanın standartlarından xəbərsizdir və bu məsələlərə bir qədər biganə yanaşır.
"Bəzi insanlar mobil nömrəni dəyişdikdə virtual dünyadakı hesablarla bağlı heç bir problem yaranmayacağını düşünürlər. Halbuki hazırda mobil nömrə müəyyən mənada bizim "rəqəmsal pasportumuz" ola bilər. Mobil nömrədən Dövlət Yol Polisi, myGov, banklar və digər müxtəlif platformalarda istifadə olunur. Hesablarımızla bağlı təsdiq kodları və SMS-lər də məhz həmin nömrəyə göndərilir. Bəzi insanlar uzun illər başqasının adına olan mobil nömrədən istifadə edir. Lakin problem yarandıqda nömrənin sahibi ilə əlaqənin olmaması, həmin şəxsin ölkədən getməsi və ya vəfat etməsi ciddi çətinliklər yarada bilər. Eyni problem uzun müddət istifadə edilməyən, itirilən və ya operator tərəfindən bloklanan nömrələrə də aiddi".
Ekspert bildirib ki, ona görə insanlar hansı hesablarında hansı mobil nömrənin qeydiyyatda olduğunu mütəmadi yoxlamalı və nömrə dəyişdikdə dövlət qurumlarında, banklarda və digər xidmətlərdə yeni nömrəni qeyd etdirməlidirlər:
"WhatsApp, Facebook, Google, Gmail və digər qlobal platformalarda da mobil nömrələr hesablara bağlanır. Məsələn, illər əvvəl Facebook hesabına əlavə edilmiş və sonradan istifadə olunmayan nömrəyə təsdiq kodu göndərilə bilər. Bu da hesabın idarə olunmasında problem yarada bilər. Bu baxımdan mobil nömrə müəyyən mənada "rəqəmsal pasport" dəyərindədir. İnsanların daim istifadə etdiyi, aktiv mobil nömrəsinin olması və həmin nömrəni qoruması vacibdir. Digər tərəfdən, mobil nömrənin bir operatordan digərinə keçirilməsi zamanı da müəyyən problemlər yaşanırdı. Şəxs nömrəsini saxlayaraq operatoru dəyişdikdə zəng və SMS-lər həmin nömrəyə gəlir, lakin əvvəllər bəzi bank və digər xidmətlərdə həmin nömrəyə bağlı SMS-lərin gəlməməsi problemi yaranırdı".
Onun sözlərinə görə, mobil nömrənin bir operatordan digərinə keçirilməsi zamanı bank hesablarına və digər xidmətlərə bağlı SMS və təsdiq kodlarının da həmin nömrəyə gəlməsini təmin etmək üçün yeni sistemin tətbiqi nəzərdə tutulurdu:
"Bu istiqamətdə işlərin hazırda hansı mərhələdə olduğunu dəqiq deyə bilmərəm. Bununla bağlı İKTA-nın mətbuat xidmətindən məlumat almaq olar"
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama