İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyətə və insan psixologiyasına necə təsir edir?
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, empatiya çatışmazlığı yalnız insanların bir-birini başa düşməməsi ilə məhdudlaşmır:
"Bu, münasibətlərdə etimadın azalmasına, cəmiyyətdə qütbləşmənin və aqressiyanın artmasına səbəb olan ciddi sosial-psixoloji problemdir. İnsan qarşı tərəfin hansı şəraitdə yaşadığını və davranışının arxasında hansı səbəblərin dayandığını anlamağa çalışmadıqda, mühakimə etmək və günahlandırmaq daha asan görünür. Xüsusilə sosial şəbəkələrdə insanlar çox vaxt hadisənin bütün tərəflərini bilmədən sərt mövqe bildirir, bir davranışı şəxsin bütöv xarakterinin göstəricisi kimi qiymətləndirirlər. Beləliklə, səhv davranışın tənqidi asanlıqla insanın özünün təhqir və linç edilməsinə çevrilir. Bu isə fikir ayrılığını sağlam müzakirə müstəvisindən çıxararaq qarşıdurmaya aparır".
Psixoloq bildirib ki, davamlı ittiham və mühakimə mühiti insan psixologiyasında özünü müdafiə ehtiyacını gücləndirir:
"İnsanlar səhvlərini etiraf etməkdən, hisslərini bölüşməkdən və kömək istəməkdən çəkinirlər. Çünki anlayışla deyil, qınaqla qarşılaşacaqlarını düşünürlər. Nəticədə narahatlıq, tənhalıq hissi, daxili gərginlik və münasibətlərdə etimadsızlıq artır".
Elnur Rüstəmovun fikrincə, empatiya qarşı tərəfin bütün davranışlarına haqq qazandırmaq demək deyil:
"Empatiya həmin davranışın səbəblərini anlamağa çalışmaq, insanı dinləmək və məsuliyyət tələb edərkən belə onun ləyaqətini qorumaqdır. Sağlam cəmiyyətdə həm məsuliyyət, həm də anlayış yanaşı olmalıdır. Bu baxımdan ailədə, məktəbdə, mediada və sosial şəbəkələrdə dinləmə mədəniyyətinin formalaşdırılması vacibdir. İnsanlar fikir bildirməzdən əvvəl "Mən hadisənin bütün tərəflərini bilirəmmi?" və "Bu söz mənə deyilsəydi, necə təsir edərdi?" suallarını özlərinə verməlidirlər. Bəzən bir neçə saniyəlik düşünmək belə təhqirin, yanlış qərarın və münasibətlərin zədələnməsinin qarşısını ala bilər".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 72 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
Gecə yuxudan oyanaraq su içmək bir çox insanın qarşılaşdığı haldır. Bəzən bu, sadəcə gün ərzində kifayət qədər maye qəbul edilməməsi ilə bağlı olur. Lakin gecələr davamlı susuzluq hissi bəzi sağlamlıq problemlərinin də əlaməti ola bilər. xəbər verir ki, gecə saatlarında tez-tez susamaq və su içmək ehtiyac
12 sentyabrSaatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabrBir mənzil qiymətinə kənd aldı - Fotolar
Amerikalı sahibkar Ceyson Li Bekvit İspaniyanın Zamora əyalətində 37 ildir yaşayış olmayan Salto de Kastro kəndini 310 min avroya (təxminən 608 min manat) alıb. "Qafqazinfo" xəbər verir ki, Salto de Kastroda 44 ev, məktəb, bar, köhnə kazarma binaları və tarixi kilsə yerləşir. Kənd 1946-cı ild
15 sentyabr65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur
13 sentyabrArvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib. xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib. Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanm
17 sentyabr"WhatsApp" bu telefonlarda ARTIQ İŞLƏMƏYƏCƏK
Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. -a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda
13 sentyabrQəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur
13 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabr