Arvadına dediyi tək kəlimə başına dərd oldu
Türkiyənin Yargıtay 2-ci Hüquq Dairəsi boşanma işi üzrə mühüm qərar qəbul edib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, məhkəmə arvadına "eşşəksən, heyvansan" deyərək təhqir edən kişinin daha ağır təqsirli olduğuna qərar verib.
Şiddətli fikir ayrılığı yaşayan ər-arvad qarşılıqlı şəkildə boşanma üçün məhkəməyə müraciət edib. Ailə Məhkəməsi kişinin mütəmadi olaraq spirtli içki qəbul etdiyini, arvadını söydüyünü və təhqir etdiyini nəzərə alaraq onu tam təqsirli sayıb. Lakin qərardan verilən apellyasiya şikayətindən sonra iş yenidən araşdırılıb və tərəflər bərabər təqsirli hesab edilərək qadının təzminat tələbi rədd edilib.
İş Yargıtayın 2-ci Hüquq Dairəsinə çatdıqda isə fərqli qərar verilib. Yargıtay kişinin təhqiramiz davranışlarının davamlı olduğunu, qadının ərinə qarşı zorakılığının isə yalnız bir dəfə baş verdiyini vurğulayıb.
Yüksək məhkəmə tərəflərin bərabər təqsirli sayılmasının düzgün olmadığını, kişinin qadından daha ağır təqsirli olduğunu bildirib və əvvəlki qərarı ləğv edib.
Qərarda qeyd olunub ki, boşanmaya görə zərər çəkən və ya daha az təqsirli tərəf maddi, eləcə də şəxsi hüquqlarına müdaxilə edildiyi halda mənəvi təzminat tələb edə bilər. Bu əsasla məhkəmə qadının sosial və iqtisadi vəziyyəti də nəzərə alınmaqla onun xeyrinə uyğun məbləğdə maddi və mənəvi təzminat ödənilməsinə qərar verilməli olduğunu bildirib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 637 Tarix: 17 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrKlozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
7 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabrMətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14 noyabrYarpaq dolmasının dağılmaması üçün bu üsuldan istifadə edin
Yarpaq dolması hazırlayarkən bir çox insanın qarşılaşdığı problemlərdən biri yeməyin bişmə zamanı dağılması, üst hissədəki dolmaların isə qurumasıdır. Lakin sadə bir mətbəx üsulu ilə bu problemin qarşısını almaq mümkündür. -a istinadən xəbər verir ki, yarpaq dolmasının bişərkən formasını qoruması üçü
16 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabr