Mumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər.
Oxu.Az "International Journal of Cultural Property" jurnalına istinadən xəbər verir ki, satışa ən çox əllər və ayaqlar çıxarılıb, yumşaq toxumaları və ya saçları qorunub qalmış baş və kəllələr isə nümunələrin 51,6%-ni təşkil edib.
Qalıqların əhəmiyyətli hissəsində aşkar parçalanma əlamətləri olub, lakin elanlarda təhlükəsiz davranışla bağlı heç bir xəbərdarlıq və ya təlimat yer almayıb.
Toxumalar bəzən arsen, civə və qurğuşunla - qoruyucu vasitələr olmadan təmas zamanı təhlükəli olan ağır metallarla hopdurulub. Bundan əlavə, qurumuş toxumalarda əsrlər keçməsinə baxmayaraq, mikroorqanizmlər qala bilər. Ehtiyatsız davranış zamanı göbələk sporları havaya qalxaraq asanlıqla tənəffüs yollarına düşə bilər.
"Mumiyaların lənəti" əfsanəsi qədim məzarların açılması ilə müşayiət olunan bir sıra ölümlərdən yaranıb. Lakin tədqiqat müəllifləri bildirirlər ki, bunun arxasında tamamilə izah edilə bilən bioloji və kimyəvi təhlükələr dayanır.
Belə ki, 1970-ci illərdə Krakovda Polşa kralı IV Kazimirin məzarına daxil olan 12 mütəxəssisdən 10-u ölüb. Ehtimallara görə, onlar "Aspergillus" kif göbələyinin sporlarını nəfəsə çəkdikləri üçün həyatlarını itiriblər.
1923-cü ildə isə Krallar vadisində Tutanxamonun məzarı açıldıqdan qısa müddət sonra qazıntıları maliyyələşdirən lord Karnarvon vəfat edib. Məhz bu hadisə Misir mumiyalarının lənəti ilə bağlı ən məşhur mifin yaranmasına səbəb olub. Halbuki qazıntılara rəhbərlik edən Hovard Karter bundan sonra daha 16 il yaşayıb.
Təhlükə bununla belə, yalnız kolleksiyaçılarla məhdudlaşmır. Qalıqlar poçt vasitəsilə göndərildiyi üçün yükdaşıyanlar, sürücülər, logistika əməkdaşları və gömrükçülər bağlamaların içindəkilərdən xəbərsiz və qoruyucu vasitələr olmadan onlarla təmasda ola bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama