AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi
18 sentyabr Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə "Səmanın ritmi" musiqi müsabiqəsi keçirilib. Layihənin əsas məqsədi Azərbaycan Hava Yollarının uçuşdaxili musiqilərinin yenilənməsi və aviaşirkətin brend kimliyini əks etdirən unikal instrumental kompozisiyaların hazırlanması olub.
Müsabiqədə Azərbaycan Milli Konservatoriyasının 7 tələbəsi ümumilikdə 21 kompozisiya təqdim edib. Qiymətləndirmənin nəticələrinə əsasən, ən çox xal toplayan üç tələbə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülərək mükafatlandırılıb.
Təqdim olunan əsərlər bəstəkarlar və Azərbaycan Hava Yollarının rəhbər heyətinin üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Həmçinin münsiflər heyətində Azərbaycan Milli Konservatoriyasının "Dirijorluq" kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova-Talıblı, "Populyar musiqi və caz ifaçılığı" kafedrasının dosenti, Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadə, həmin kafedranın müəllimi, Xalq artisti, caz bəstəkarı Salman Qənbərov, müstəqil ekspert qismində isə Bəstəkarlar İttifaqının nümayəndəsi, Əməkdar artist, bəstəkar Vüqar Camalzadə yer alıblar.
Müsabiqə nəticəsində seçilmiş üç kompozisiyanın yaxın aylarda Azərbaycan Hava Yollarının uçuşlarında sərnişinlərin qarşılanması və yola salınması zamanı, eləcə də uçuşdaxili əyləncə sistemində fon musiqisi kimi səsləndirilməsi nəzərdə tutulur.
"Səmanın ritmi" layihəsi gənc musiqiçilərə yaradıcılıq potensiallarını nümayiş etdirmək və əsərlərini daha geniş auditoriyaya çatdırmaq imkanı yaradır. Azərbaycan Hava Yolları ilə Azərbaycan Milli Konservatoriyasının əməkdaşlığı çərçivəsində ərsəyə gələn kompozisiyalar sərnişinlərin səyahət təcrübəsinə yeni musiqi çalarları qatacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 104 Tarix: 18 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16 sentyabrAYNA sərnişinlərə müraciət etdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib. xəbər verir ki, AYNA-nın məlumatına görə, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarl
17 sentyabr"Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17 sentyabrİş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam
17 sentyabrBakıda 29 dərəcə isti olacaq, rayonlarda leysan yağacaq
Sabah - sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
17 sentyabrAzərbaycanda zəlzələ oldu
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyib
16 sentyabr