Bakıda kişi arvadını marketdə, autizmli övladının gözü qarşısında döydü - Video
Bakıda kişi həyat yoldaşını marketdə, autizmli övladının gözləri qarşısında döyüb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb.
"İllərdir həyat yoldaşının zorakılığına məruz qalan 3 uşaq anası sonuncu dəfə marketdə, insanların və ən kiçik övladının gözləri qarşısında ağır şiddətə məruz qalıb. Xanımın ən kiçik övladı autizm spektrindədir və baş verən hadisənin onun gözləri qarşısında yaşanması vəziyyəti daha da ağırlaşdırıb. Hazırda qadının həyatının təhlükədə olduğu bildirilir. Ən narahatedici məqam isə şiddət göstərən şəxsin hələ də sərbəst şəkildə dolaşmasıdır. Bu qadın və 3 övladı üçün təhlükəsizliyin təmin olunması çox vacibdir. Belə hallarda susmaq və göz yummaq daha böyük faciələrə səbəb ola bilər. Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə təxirəsalınmaz şəkildə müdaxilə edəcək və qadının və övladlarının təhlükəsizliyi təmin olunacaq", - deyə o paylaşımında qeyd edib.
***
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1306 Tarix: 18 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSaatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:
17 noyabrEvə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On
17 noyabrXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
17 noyabrDirektorların işə qəbul nəticələri - Açıqlandı
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onları
16 noyabrŞəmkirdə meyiti tapılanlarla bağlı - Yeni detallar
Ötən gün Şəmkirdə evdə iki nəfərin meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, ilkin araşdırmalar zamanı rayonun Varlı Həyat kəndində 1968-ci il təvəllüdlü Rəfi Mustafayevin özünə məxsus evdə qeyri-rəsmi münasibətdə yaşadığı qadını qətlə yetirməsin
17 noyabr