Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıb

Gürcüstan Azərbaycandan neft və neft yağları idxalına çəkdiyi xərci 2 dəfə artırıbBu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib.

Sonxeber.az-ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq 38 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın neft və neft yağları idxal etdiyi ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

2026-cı ilin ilk 8 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 165 milyon ABŞ dolları dəyərində 1 milyon 217 min 413 ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 38 % və 8,3 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 301 milyon ABŞ dolları dəyərində 403,5 min ton, Türkiyədən 171,4 milyon ABŞ dolları dəyərində 140 min ton, Rumıniyadan 155 milyon ABŞ dolları dəyərində 160 min ton, Bolqarıstandan 110 milyon ABŞ dolları dəyərində 105 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,4 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 314   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maaş və pensiyalar ARTIR: Əhalinin alıcılıq qabiliyyəti necə dəyişəcək? - Ekspertdən AÇIQLAMA

Maaş və pensiyaların artırılması müəyyən kateqoriyadan olan vətəndaşların gəlirlərinin və alıcılıq qabiliyyətinin yüksəlməsinə təsir göstərə bilər. Bu artımların əhalinin istehlak xərclərinə, əmək bazarına və ümumi iqtisadi aktivliyə təsiri ilə yanaşı, qiymətlərin dəyişməsi və inflyasiya baxımından mümkü

5 oktyabr
.

Qızılın qiyməti ilə bağlı son xəbər

2026-cı il 7 oktyabr tarixində dünya birjalarında qızılın qiymətində kiçik enmə müşahidə olunub. "Yeni Sabah" xəbər verir ki, Nyu-Yorkun COMEX birjasında spot qızılın bir unsiyasının qiyməti 0.3 faiz ucuzlaşaraq 4,150.23 dollar təşkil edib. Ölkəmizdə isə 1 unsiya qızılın qiyməti 7,007.74 mana

7 oktyabr
.

Azərbaycanda sentyabrda 179,5 min nəfər yaşa görə aylıq sosial müavinət alıb

Bu ilin sentyabr ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 179 525 nəfər olub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 40,4 %-ni kişilər, 59,6 %-ni isə qadınlar təşkil edi

6 oktyabr
.

Azərbaycan buğda idxalına çəkdiyi xərci 13 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 185 milyon 174 min ABŞ dolları dəyərində 841 min 677,9 ton buğda idxal edib. bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən buğdanın dəyəri 21,6 milyon ABŞ dolları və ya 13,2 %, həcm

24 sentyabr
.

Azərbaycanda qızıl kəskin bahalaşdı

Azərbaycanda 2026-cı il 5 oktyabra olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7 114.36 manat,1 qram - 228.73 manat, 99 əyyar (Təmiz) - 228.73 manat, 750 əyyar (İtalyan) - 171.72 manat, 585 əyyar (Türk) - 133.94 manat, 582 əyyar (Rus) - 133.26 manat təşkil edir

5 oktyabr
.

Azərbaycanda dörd qanun ləğv ediləcək

Azərbaycanda dörd qanun ləğv ediləcək. -ın məlumatına əsasən, "Aqrar sahə haqqında" yeni qanun layihəsi qüvvəyə mindikdən sonra aşağıdakı qanunlar ləğv olunacaq:. - "Taxıl haqqında" Azərbaycan Respublikasının Qanunu;. - "Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu;

2 oktyabr
.

Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 3 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 758,4 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən 24,29 milyon ABŞ dolları və ya 3,3 % çoxdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiy

1 oktyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 101,52 dollara düşdü

Neft qiymətləri Yaxın Şərqdən ixracın artması və Yeddi Qrupu (G7) ölkələrinin strateji ehtiyatlardan yanacaq çıxarmaq qərarı fonunda düşdü. xəbər verir ki, Londondakı ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 0,73 dollar (0,71%) azalaraq bir barel üçün 101,5

5 oktyabr
.

Taxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb

Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili

28 sentyabr