"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyulduBakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib.

Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyektinin icarəsi ilə bağlı yaranıb.

İş materiallarına görə, tərəflər arasında 2024-cü ildə icarə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, obyekt 5 il, yəni 60 ay müddətinə icarəyə verilib. Şirkət həmin məkanda restoran yaratmaq üçün əsaslı təmir və yenidənqurma işləri aparıb.

Şirkət iddia edir ki, obyektə ümumilikdə 710 281,20 manat investisiya qoyub.

Məhkəmə sənədində göstərilir ki, tərəflər arasında bağlanan müqavilənin 6.2-ci bəndində icarəçinin obyektə 300 min manat vəsait xərclədiyi qeyd olunub. Həmin bəndə əsasən, yalnız icarəçi obyekti könüllü şəkildə tərk edərsə, təmir-tikinti işlərinə sərf olunan vəsaitin geri qaytarılmayacağı nəzərdə tutulub.

İş materiallarına əsasən, obyektin sahibi Zeynalov Gülbala Əli oğlu daha əvvəl icarəçiyə qarşı məhkəməyə müraciət edib.

Həmin iş üzrə icarə müqaviləsinin ləğvi, şirkətin 808 kvadratmetrlik qeyri-yaşayış sahəsindən çıxarılması və obyektin boşaldılaraq sahibinə təhvil verilməsi barədə qərar qəbul edilib.

Bundan başqa, şirkətdən 169 447 manat icarə haqqı və 8 min manat cərimə, ümumilikdə 177 447 manat tutulması qət edilib.

Qətnaməyə əsasən, obyektin boşaldılacağı tarixədək şirkətdən hər ay 17 444,72 manat icarə haqqının tutulması da nəzərdə tutulub.

Hazırkı mübahisədə isə şirkət obyektə yatırdığı investisiyaların kompensasiyasını tələb edir.

Bundan əlavə, şirkətin məhkəməyə təqdim etdiyi mövqeyə görə, sonradan obyektin elektrik enerjisi də dayandırılıb. Nəticədə "Chaicity" restoranının fəaliyyəti faktiki olaraq dayanıb.

Məhkəmə sənədində bu hallar şirkətin iddiaları kimi əks olunub.

Şirkət hesab edir ki, icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunması nəticəsində obyektə qoyduğu böyük həcmli investisiyalardan istifadə imkanını itirib.

Bu səbəbdən Zeynalov Gülbala Əli oğlundan 710 281,20 manat tələb olunur.

Məhkəmə əmlakların bir hissəsinə qadağa qoydu

Şirkət iddianın gələcəkdə təmin olunacağı halda qətnamənin icrasının mümkün olması üçün Zeynalov Gülbala Əli oğlunun bir sıra əmlaklarına müvəqqəti təminat tədbiri tətbiq edilməsini istəyib.

Məhkəmə isə ərizəni qismən təmin edib.

Hakim İlkin Əliyevin qərardadına əsasən, Zeynalov Gülbala Əli oğluna məxsus aşağıdakı əmlakların özgəninkiləşdirilməsi qadağan edilib:

X1 markalı avtomobil;

Land Rover Range Rover markalı avtomobil;

DAF FT XF markalı yük avtomobili;

116,68 kvadratmetr sahəsi olan mənzil.

Məhkəmə hesab edib ki, həmin əmlakların satılması və ya başqa formada özgəninkiləşdirilməsi gələcəkdə iddia təmin edilərsə, qətnamənin icrasını çətinləşdirə bilər.

Eyni zamanda, məhkəmə şirkətin tələb etdiyi bütün əmlaklara qadağa qoymayıb. Qərardadda digər əmlakların özgəninkiləşdirilməsinə qadağa qoyulmasının cavabdehin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb ola biləcəyi bildirilib.

Məhkəmə həmçinin vurğulayıb ki, şirkətin 710 281,20 manat xərc çəkdiyinə dair təqdim etdiyi hesabata əlavə olaraq digər mötəbər sübutlar tələb olunur. Fotoşəkillər obyektə təmir işlərinin aparıldığını göstərsə də, konkret olaraq 710 min manatdan çox xərc çəkilməsini təkbaşına təsdiqləmir.

Beləliklə, məhkəmə əsas mübahisə üzrə yekun qərar qəbul edilməzdən əvvəl cavabdehin üç avtomobili və mənzilinin özgəninkiləşdirilməsinə qadağa qoyub.

Qərardad dərhal icra edilməlidir.

Tərəflər qərardad rəsmi qaydada təqdim edildikdən sonra 10 gün ərzində Bakı Kommersiya Məhkəməsinə şikayət verə bilərlər. Şikayətin verilməsi qərardadın icrasını dayandırmır.

Qeyd edək ki, "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əhmədov Nurlan Famil oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 24185.5 AZN vergi borcu var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 91   Tarix: 22 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır

"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"

"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə

21 sentyabr
.

Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar

21 sentyabr
.

Bakıda bu məktəblər distant təhsilə keçdi

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 5 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək

22 sentyabr
.

Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA

Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu

21 sentyabr
.

Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib

22 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?

Tələbələri təhdid edən şəxs universitetə yenidən bərpa olunacaq. -a istinadla xəbər verir ki, Kənan Zindadilin universitetdən 1 illik uzaqlaşdırıldığı məlum olub. Xatırladaq ki, bir müddət əvvəl yayılan videogörüntülərdə iki şəxsin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) I kur

21 sentyabr