Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA
"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdən biridir. Xüsusilə keçid və yeniyetməlik dövründə olan uşaqlar geyimə, markalara və zahiri görünüşə qarşı həddindən artıq həssas yanaşırlar".
Bunu Sonxeber.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib.
O, bildirib ki, sərbəst geyim qaydaları tətbiq edildikdə ailələrin iqtisadi imkanları ilk növbədə geyimdə özünü büruzə verir:
"Bu da imkanları nisbətən məhdud olan ailələrin uşaqlarında mənəvi sıxıntıya, mühitdən təcrid olunmaya və həmyaşıdları arasında sıxışdırılma hallarına zəmin yarada bilər. Standart forma isə təhsil müəssisəsində vizual bərabərlik mühiti yaradır. Uşaqların diqqətini geyim rəqabətindən yayındıraraq tədrisə, daxili intizama və şəxsi potensiallarını reallaşdırmağa yönəldir".
Onun sözlərinə görə, geyim formasının şagirdlərin məktəbə mənsubiyyətinə və təlim prosesinə yanaşmasına da təsiri var:
"Vahid geyim şagirdə psixoloji baxımdan təhsil mühitində olduğunu və hansı missiyanı daşıdığını xatırladır. Bu, uşaqlarda öz məktəbinə aidiyyət duyğusunu artırır, komanda ruhunu və birgəyaşayış mədəniyyətini formalaşdırır. Müəyyən olunmuş geyim çərçivəsinə riayət etmək şagirdlərdə erkən yaşlardan məsuliyyət, özünüidarəetmə və daxili intizam vərdişlərinin formalaşmasına da kömək edir. Şagird sinfə daxil olarkən diqqətini zahiri görünüşə deyil, akademik mühitə və təhsil tapşırıqlarına cəmləyir. Nəticədə bu amil dərsə davamiyyətə, diqqətin tədrisə yönəlməsinə və ümumilikdə məktəbdaxili nizam-intizamın yüksəlməsinə müsbət töhfə verə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR