Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosial mühitə uyğunlaşmasına təsir göstərən amillərdən biri hesab oluna bilər".

Bunu Sonxeber.az-a açıqlamasında təhsil eksperti Çingiz Səfərli bildirib.

O, bildirib ki, məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir:

"Uşaqlar ailələrinin maddi vəziyyətindən, sosial mövqeyindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq təhsil müəssisəsinə ilk növbədə şagird kimi gəlirlər. Eyni sinifdə təhsil alan uşaqlar arasında geyim və xarici görünüşə görə sosial fərqlərin ön plana çıxarılmaması mühüm məsələdir. Vahid forma bu cür fərqlərin məktəb mühitində özünü göstərməsini müəyyən qədər azaldır, həmçinin şagirdlərin geyimlərinə görə müqayisə olunması və ayrı-seçkiliyə məruz qalması ehtimalını aşağı salır. Digər diqqətçəkən məqam dövlət təhsil sisteminin dünyəvi mahiyyətidir. Məktəb müxtəlif ailələrdən, fərqli sosial və mədəni mühitlərdən gələn uşaqları bir araya gətirən ortaq, neytral və hər kəs üçün əlçatan məkan olmalıdır. Vahid geyim standartlarının tətbiqi də belə bir ümumi məktəb mühitinin qorunmasına xidmət edən vasitələrdən biri kimi nəzərdən keçirilə bilər".

Onun sözlərinə görə, məktəbli formasının uşaqlarda məktəbə və kollektivə bağlılıq duyğusunun yaranmasına, müəyyən qaydalara riayət etmək vərdişinin formalaşmasına və məsuliyyət hissinin inkişafına da təsiri ola bilər:

"Lakin bunun üçün formanın uşaqların yaşına uyğun, rahat, praktik və gündəlik istifadəyə yararlı olması vacibdir. Geyim şagird üçün əlavə narahatlıq yaratmamalı, əksinə, onun məktəb həyatında özünü daha rahat hiss etməsinə şərait yaratmalıdır. Bu prosesdə məktəb-valideyn əməkdaşlığı da mühüm rol oynayır. Təhsil müəssisəsində müəyyənləşdirilən daxili qaydalara və geyim tələblərinə riayət edilməsi yalnız şagirdin üzərinə düşən öhdəlik kimi qəbul edilməməlidir. Valideynlər, məktəb rəhbərliyi və şagirdlər həmin qaydaların hansı məqsədə xidmət etdiyini düzgün başa düşməli və bu istiqamətdə birgə fəaliyyət göstərməlidirlər. Beləliklə, vahid məktəbli geyiminin əsas məqsədi bütün uşaqları sadəcə eyni formada geyindirməkdən ibarət deyil. Burada başlıca hədəf sosial fərqlərin mümkün qədər arxa plana çəkildiyi, hər bir uşağın özünü kollektivin bərabərhüquqlu üzvü kimi hiss etdiyi və diqqətin geyimdən daha çox təhsilə və şagirdin inkişafına yönəldildiyi sağlam məktəb mühitinin yaradılmasıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 409   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021