Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstərə bilər.
Bəs, şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin bir-birinə uyğun gəlməməsinin əsas səbəbləri nələrdir və bu fərq daha çox qiymətləndirmə meyarlarının, müəllim yanaşmasının, yoxsa imtahan formatının fərqli olması ilə bağlıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, son bir neçə ildə məktəblərdə attestatlara yazılan qiymətlərlə Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarında əldə olunan nəticələr arasında ciddi fərqlər yaranır.
"Bu məsələ həm məktəb rəhbərlikləri, həm də Dövlət İmtahan Mərkəzi tərəfindən müzakirə olunur və qurumun hesabatlarında da nəticələr arasındakı fərqə diqqət çəkilir. Məktəb rəhbərlikləri şagirdlərin davamiyyətinin qorunmasına və tədrisə cəlb olunmasına çalışırlar. Digər tərəfdən isə valideynlərin əsas məqsədi övladlarının ali təhsil almasıdır. Bu səbəbdən onlar uşaqlarını qəbul imtahanlarına hazırlamaq üçün repetitor yanına və hazırlıq qruplarına yönləndirirlər. Nəticədə şagirdlərin məktəbdəki göstəriciləri aşağı ola bilər, amma hazırlıq səviyyələri yüksək olduğundan DİM imtahanlarında daha yaxşı nəticə göstərirlər".
Ekspert bildirib ki, son vaxtlar DİM-in açıqladığı reytinq cədvəlləri də məktəb direktorlarını bu məsələyə müəyyən qədər meyilli yanaşmağa və ya göz yummağa sövq edir:
"Məktəbin ümumi nəticələri aşağı olduqda rəhbərlik icra orqanları tərəfindən tənqidə məruz qala bilər. Buna görə də belə bir anormallığın aradan qaldırılması üçün Azərbaycanda ali təhsil müəssisələrinə qəbul sistemi sadələşdirilməlidir. Bu halda pozulmuş balans da bərpa olunar və müəllimlərin şagird qiymətləndirməsi öz yerini tapar. Bu qiymətləndirmə məsələsi müəllim nüfuzuna da ciddi təsir göstərir. Şagird DİM-də yüksək nəticə göstərdikdə və həm attestat balını, həm də digər nəticələrini nailiyyət kimi təqdim edə bildikdə məktəbi ikinci dərəcəli və əhəmiyyətsiz hesab etməyə başlayır. Bu isə müəllimlərin qiymətləndirmə baxımından müəyyən çətinliklərlə üzləşməsinə və nüfuzlarının azalmasına səbəb olur. Şagirdlər müəllimləri daha az nəzərə almağa başlayırlar. Bu halın aradan qaldırılması üçün ali təhsil müəssisələrinə qəbul sistemində dəyişiklik edilməlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Paytaxtın iki böyük bağı birləşdirildi
Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI