Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMAÇoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarının əlçatan olması və mühəndis-kommunikasiya sistemlərinin işlək vəziyyətdə saxlanılması mühüm əhəmiyyət daşıyır.

Bəs, çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması üçün hansı əsas tələblərə əməl edilməlidir və yanğın, zəlzələ və digər fövqəladə hallarda insanların təhlükəsizliyini təmin etmək üçün binalarda hansı sistem və tədbirlər mütləq olmalıdır?
Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, təhlükəsizlik yalnız binada mühafizəçinin, kameranın və ya odsöndürənin olması ilə təmin edilmir.

"Əsas yanaşma üç istiqaməti birləşdirməlidir: binanın konstruktiv dayanıqlığı, işlək mühafizə sistemləri və məsuliyyətli idarəetmə. Mənzil Məcəlləsinin 141.1-ci maddəsi də binanın idarə edilməsinin sakinlər üçün təhlükəsiz yaşayış şəraitini və ümumi əmlakın lazımi saxlanmasını təmin etməsini tələb edir. Yəni təhlükəsizlik əlavə xidmət deyil, binanın idarə olunmasının əsas vəzifəsidir. Binanın hündürlüyünə, xüsusiyyətlərinə və tətbiq olunan normalara uyğun yanğın aşkarlama və xəbərdarlıq, tüstüdən mühafizə, yanğın su təchizatı, ilkin yanğınsöndürmə vasitələri, qəza işıqlandırması və təxliyə nişanları təmin edilməlidir. Avtomatik yanğınsöndürmə sistemi isə normaların tələb etdiyi sahələrdə quraşdırılmalıdır. Bütün çoxmərtəbəli binalar üçün istisnasız eyni avadanlıq siyahısını məcburi tələb kimi təqdim etmək düzgün deyil. Lakin tələb olunan sistemlərin işlək vəziyyətdə saxlanılması mütləqdir".

Ekspert bildirib ki, pilləkənlər və çıxışlar əşyalarla tutulmamalı, yanğına qarşı qapılar sökülməməli, onların öz-özünə bağlanma mexanizmləri sıradan çıxarılmamalıdır:

"Yanğın avtomobillərinin binaya və su mənbələrinə yaxınlaşması da təmin olunmalıdır. Çünki siqnalizasiya təhlükə barədə xəbər verir, lakin insanların təhlükəsiz çıxması üçün təxliyə yollarının da yararlı vəziyyətdə olması vacibdir. Zəlzələ təhlükəsizliyində əsas məsələ binanın qrunt şəraiti və seysmik təsirlər nəzərə alınmaqla layihələndirilməsi, keyfiyyətli tikilməsi və daşıyıcı konstruksiyalarının qorunmasıdır. Təmir adı ilə daşıyıcı divarlara, sütunlara və tirlərə özbaşına müdaxilə edilməməlidir. Təhlükəli çatlar və deformasiyalar kosmetik təmirlə örtülməməli, mühəndis müayinəsi ilə qiymətləndirilməlidir. Binanın təhlükəsizliyini yalnız xarici görünüşünə əsasən müəyyənləşdirmək olmaz".

Onun sözlərinə görə, davranış qaydası da fərqlidir: zəlzələ zamanı bina silkələnərkən pilləkənlərə qaçmaq əvəzinə, pəncərələrdən uzaqda möhkəm masa altında baş və boynu qoruyaraq təkanların dayanmasını gözləmək tövsiyə olunur:

"Liftdən istifadə edilməməlidir. Qaz və elektrik qurğularına, tüstü bacalarına və havalandırmaya vaxtında texniki xidmət göstərilməlidir. Elektrik şəbəkələri normaya uyğun avtomatik mühafizə ilə təmin olunmalıdır. Xüsusilə vurğulamaq lazımdır ki, "Qaz təchizatı haqqında" Qanunun 24.6-cı maddəsi qaz qurğusu istifadə olunan qapalı məkanlarda qaz sızmasını və dəm qazını aşkar edən detektorların quraşdırılmasını və işlək saxlanmasını tələb edir. Bu, sadəcə tövsiyə deyil. İdarəedici tərəf sistemlərin dövri yoxlanılmasını, sınaqdan keçirilməsini və təmirini təşkil etməli, nəticələri sənədləşdirməli, sakinləri təhlükəsizlik qaydaları ilə tanış etməlidir. Xidmət heyəti fövqəladə vəziyyətdə öz vəzifəsini bilməlidir. Sakinlər də mənzildə təhlükəsizlik qaydalarına əməl etməli və ümumi təxliyə yollarını bağlamamalıdırlar".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 273   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i

23 sentyabr
.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı

"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr