Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA

Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMASon dövrlər mal ətinin qiymətində artım müşahidə olunur və bu, istehlakçıların gündəlik xərclərinə təsir edən əsas məsələlərdən birinə çevrilib. Ət bazarında qiymətlərin yüksəlməsi heyvandarlıq təsərrüfatlarının xərcləri, yem və digər istehsal məsrəfləri, həmçinin bazarda tələb və təklif arasındakı nisbətlə əlaqələndirilir.

Bəs, mal ətinin qiymətinin bahalaşmasına əsasən hansı amillər təsir edir və yem, heyvandarlıq və digər istehsal xərclərinin artması ilə yanaşı, bazarda tələbat və idxalın həcmi qiymətlərin formalaşmasına necə təsir göstərir?
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ət bazarında qiymət artımı davam edir. Bunun əsas səbəbləri arasında saxlanılan heyvanların sayının azalması və qiymət artımına baxmayaraq tələbatın yüksəlməsi dayanır.

"Son 10 ildə xırdabuynuzlu heyvanların sayında təqribən 20 faiz, iribuynuzlu heyvanların sayında isə 5-6 faiz azalma müşahidə olunur. Eyni dövrdə əhalinin ət tələbatı 25 faizə qədər, kəsilən ətin həcmi isə 25 faiz artıb. Heyvandarlığın əvvəlki səviyyədə inkişaf etməməsinin səbəbləri arasında otlaq sahələrinin azalması və heyvan saxlama xərclərinin artması da var. Bu amillər həm ev təsərrüfatlarının, həm də intensiv təsərrüfatların fəaliyyətinə təsir göstərir".

Ekspert bildirib ki, ətin bahalaşmasının qarşısını alan əsas amillərdən biri idxal idi. Lakin idxal olunan ölkələrdə də qiymətlərin artması və logistika xərclərinin yüksəlməsi ucuz idxal imkanlarını məhdudlaşdırıb:

"Əvvəllər Ukraynadan gətirilən ucuz ətlər bazarda müəyyən rol oynayırdı. Rusiya-Ukrayna müharibəsi fonunda həm Rusiyada, həm də Ukraynada ət qiymətlərinin və logistika xərclərinin artması da bazara təsir göstərir. Beləliklə, ucuz idxalın azalması, idxal xərclərinin artması, yerli heyvandarlıqda heyvan sayının azalması və tələbatın yüksəlməsi ət qiymətlərinin artmasına səbəb olur. Bu amillər qiymət artımının yaxın gələcəkdə də davam edə biləcəyini göstərir. Digər tərəfdən, qiymətlərin yüksəlməsi və sahənin rentabelliliyinin artması sahibkarların heyvandarlığa marağını artıra bilər. Xəstəliklər də bazara çıxarılan ət təklifinə ciddi təsir göstərə bilər. Ölkədə yayılan dabaq xəstəliyinin miqyası və bazara çıxarılan ət həcminə təsiri qiymətlərin sonrakı dinamikasında rol oynayacaq. Xəstə heyvanlardan əldə olunan ətin bazara çıxarılmaması təklifin azalmasına və nəticədə qiymət artımının sürətlənməsinə səbəb ola bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1090   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021