Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb

Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıbİspaniyada ana və yetkin yaşda olan qızı təxminən iki il ailə başçısının meyiti ilə eyni evdə yaşayıblar. Dəhşətli hadisə Barselona yaxınlığındakı Kabrera-Danoya bələdiyyəsində aşkarlanıb.

Sonxeber.az lent.az-a istinadən bildirir ki, Kan-Formiqa yaşayış massivinin sakinləri vəziyyətdən şübhələnərək polisə müraciət ediblər. Qonşular ev sahiblərinin uzun müddət heç kimlə əlaqə saxlamadığını, həyətin ətrafında isə böyük miqdarda zibil və çirk toplandığını bildiriblər.

Hadisə yerinə gələn polis əməkdaşları evdə iki qadın aşkar ediblər.

Məlumata görə, ana və qızı ən azı COVID-19 pandemiyası dövründən etibarən yaşadıqları evin ərazisini tərk etməyiblər. Onlarla birlikdə evdə daşınmaz əmlakın sahibi olan 75 yaşlı ailə başçısının meyiti də olub.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatına əsasən, evə və meyitə baxış zamanı zorakı ölüm əlamətləri aşkarlanmayıb. Ekspertlər kişinin təxminən iki il əvvəl təbii səbəblərdən öldüyünü ehtimal edirlər.

Mərhumun meyiti artıq Barselonadakı Məhkəmə Tibb İnstitutuna göndərilib. Ekspertiza kişinin dəqiq ölüm səbəbini və tarixini müəyyən etməyə imkan verəcək.

Araşdırma zamanı qadınların ölən qohumlarının yanında nə qədər müddət qapalı həyat sürdüklərinin də dəqiqləşdirilməsi nəzərdə tutulur.

Polis bildirib ki, ana və qızı saxlanılmayıb. Hüquq-mühafizə orqanları onların hərəkətlərində cinayət tərkibi müəyyən etməyib.

Hazırda qadınlara tibbi və sosial xidmətlər tərəfindən zəruri yardım göstərilir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 34   Tarix: 27 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq

İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir

25 sentyabr
.

ABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər

ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma

24 sentyabr
.

Ermənistanda hərbçi naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb

Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Qurumdan qeyd edilib ki, hazırda hadisənin səbəbləri araşdırılır

24 sentyabr
.

Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib

27 sentyabr
.

Tailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib

Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa

26 sentyabr
.

NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı

NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin

26 sentyabr
.

2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)

Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5

25 sentyabr
.

Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq

Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana

23 sentyabr
.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr