Bu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsinə şərait yarada bilər. Xüsusilə uzunmüddətli güzəştlərin investorların qərarlarına, yeni müəssisələrin yaradılmasına və məşğulluğun artmasına təsiri diqqət çəkən məsələlərdəndir.
Bəs, biznes sahiblərinə 10 il müddətinə tətbiq olunacaq vergi və gömrük güzəştləri işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına və yeni investisiyaların cəlb edilməsinə necə təsir göstərə bilər və bu güzəştlərdən daha çox hansı sahələr faydalana bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu güzəştlərin əsas əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə biznes qurmağın ilkin və sonrakı xərclərini əhəmiyyətli dərəcədə aşağı sala bilər.
"Qanunvericiliyə əsasən, həmin ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət və ya gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azaddırlar. Müəyyən fəaliyyətlər üzrə texnika, avadanlıq, xammal və materialların idxalına da ƏDV və gömrük rüsumu güzəştləri tətbiq edilir. Bu, investor üçün xüsusilə vacibdir, çünki yeni müəssisənin ilk illərində əsas problem yalnız vergi ödəmək deyil, böyük ilkin investisiyanın geri qaytarılmasıdır. Vergi yükünün azalması həmin vəsaitin istehsalın genişləndirilməsinə, yeni avadanlıq alınmasına və iş yerlərinin yaradılmasına yönəldilməsinə imkan verir. Üstəlik, sənaye parklarında əlavə olaraq sosial sığorta subsidiyaları, işçi qüvvəsinin cəlb edilməsini asanlaşdıran mexanizmlər və digər güzəştlər də mövcuddur. Bu güzəştlərdən ən çox istehsal və emal müəssisələrinin faydalanması gözlənilir. Çünki belə bizneslərdə avadanlıq, xammal, logistika və enerji xərcləri böyük olur. Məsələn, tikinti materialları, qida emalı, kənd təsərrüfatı məhsullarının emalı, tekstil, mebel, elektrik avadanlıqları, müxtəlif sənaye məhsullarının istehsalı və logistika ilə əlaqəli fəaliyyətlər üçün güzəştlər daha əhəmiyyətlidir. Artıq bölgədə tekstil, tikinti materialları, elektrik avadanlıqları və nəqliyyat vasitələri ilə bağlı istehsal sahələrinin yaradıldığı bildirilir.
Ekspert bildirib ki, xüsusilə kənd təsərrüfatı ilə sənayenin birləşdiyi layihələr üçün imkan böyükdür:
"Məsələn, Qarabağ və Şərqi Zəngəzurda yetişdirilən kənd təsərrüfatı məhsullarının yalnız xammal kimi satılması əvəzinə, onların burada qablaşdırılması, konservləşdirilməsi, qurudulması, süd və ət məhsullarına, meyvə şirələrinə və digər hazır məhsullara çevrilməsi daha yüksək əlavə dəyər yarada bilər. Digər mühüm məsələ ixracdır. Qanunvericilikdə istehsal, emal və hasilat fəaliyyəti üzrə müəyyən vergi azadolmalarının həmin ərazilərdə istehsal edilərək həm ölkə daxilində, həm də ixrac olunan mallardan əldə edilən gəlirlərə şamil edilməsi nəzərdə tutulur. Bu isə bölgəni təkcə daxili bazar üçün istehsal məkanı deyil, həm də ixracyönümlü sənaye mərkəzi kimi inkişaf etdirmək imkanını artırır. Lakin güzəştlərin özü investisiyanın gəlməsinə zəmanət vermir. İnvestor üçün yol, enerji, su, internet, logistika, işçi qüvvəsi və bazara çıxış imkanları da ən azı vergi güzəştləri qədər vacibdir. Ona görə dövlət infrastrukturu nə qədər sürətlə və keyfiyyətli təmin edərsə, 10 illik vergi və gömrük güzəştlərinin real investisiya effektinin də bir o qədər yüksək olması mümkündür. Hazırkı nəticələr müəyyən iqtisadi effektin artıq yarandığını göstərir. İqtisadiyyat Nazirliyinin məlumatına görə, azad edilmiş ərazilərdə istehsal müəssisələri idxal etdikləri texnika, texnoloji avadanlıq və xammala görə indiyədək 17,4 milyon manat həcmində vergi və gömrük rüsumlarından azadolma əldə ediblər. Yəni güzəştlərin əsas məqsədi sadəcə sahibkarın vergi xərcini azaltmaq deyil. Daha böyük məqsəd investoru bölgəyə gətirmək, istehsal yaratmaq, yerli əhalinin məşğulluğunu artırmaq, kənd təsərrüfatı və sənaye zəncirini formalaşdırmaq və nəticədə Qarabağ və Şərqi Zəngəzuru uzunmüddətli iqtisadi fəaliyyət məkanına çevirməkdir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Qızıl bazarında son vəziyyət
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?