Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal materialları və süni intellekt (AI) sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.
"Report" İtaliyanın Müəssisələr və "Made in Italy" Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr italiyalı nazir Adolfo Urso ilə iqtisadiyyat naziri Mikayıl Cabbarovla telefon danışığı zamanı aparılıb.
"Tərəflər İtaliya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın vəziyyətini, həmçinin iki ölkə arasında iqtisadi və sənaye əlaqələrinin gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Kritik əhəmiyyətli xammal materialları və sənaye və iqtisadiyyatda süni intellektin tətbiqi kimi strateji sahələrdə əməkdaşlıq imkanlarına xüsusi diqqət yetirilib. Məqsəd hər iki ölkənin səriştə və imkanlarından istifadə etməkdir", - məlumatda bildirilib.
Qeyd edilib ki, bu məsələlər, həmçinin gələcək əməkdaşlıq perspektivləri M.Cabbarovun İtaliyaya qarşıdan gələn səfəri zamanı ətraflı şəkildə nəzərdən keçiriləcək.
Söhbət zamanı A.Urso həmçinin İtaliyanın ev təsərrüfatlarına və biznesinə dəstək məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "IP" yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın qiymətinə yuxarı hədd tətbiq etmək qərarına görə minnətdarlığını bildirib.
Məlumata əsasən, SOCAR ləngimədən ilkin olaraq İtaliyanın "Eni" enerji korporasiyası tərəfindən həyata keçirilən analoji təşəbbüsü dəstəkləyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 80 milyon 89,14 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 19 milyon 602 min ABŞ dolları və yaxud 19,7 % azdır. Ötən dövr ərzind
26 sentyabrBu şəxslərə 10 il müddətinə GÜZƏŞT tətbiq ediləcək - AÇIQLAMA
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində müxtəlif iqtisadi təşviq mexanizmləri tətbiq olunur. Sahibkarlara vergi və gömrük güzəştlərinin verilməsi həmin ərazilərdə biznes fəaliyyətinin xərclərinin azalmasına və yeni layihələrin həyata keçirilməsin
29 sentyabrTaxtakörpü su anbarında istehsal edilən enerjinin həcmi açıqlanıb
Şabran rayonu ərazisində Samur çayı, Taxtakörpü su anbarının üzərində tikilən "Taxtakörpü" Su Elektrik Stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin sentyabrın 1-nə 675,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə -a Energetika Nazirliyindən məlumat verilib. Bildirili
28 sentyabrAzərbaycan bir sıra ölkələrə dərman vasitələri ixrac edəcək
Bu gün Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. xəbər verir ki, ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard table
5 oktyabrBanklar kiberhücumlara qarşı nə qədər güvənlidir? - İQTİSADÇIDAN AÇIQLAMA
Bank sistemlərinə qarşı kiberhücumlar artdıqca müştərilərin şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyi məsələsi də daha çox diqqət çəkir. Bankların tətbiq etdiyi təhlükəsizlik sistemləri, iki mərhələli təsdiqləmə və digər qoruyucu mexanizmlərə baxmayaraq, kiberdələduzluq halları ilə bağlı narahatlıqla
6 oktyabrAzərbaycanda qızıl kəskin bahalaşdı
Azərbaycanda 2026-cı il 5 oktyabra olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7 114.36 manat,1 qram - 228.73 manat, 99 əyyar (Təmiz) - 228.73 manat, 750 əyyar (İtalyan) - 171.72 manat, 585 əyyar (Türk) - 133.94 manat, 582 əyyar (Rus) - 133.26 manat təşkil edir
5 oktyabrİran Milli Bankının Bakı filialının mənfəəti 28 %-dən çox azalıb
İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 3,144 milyon manat mənfəətlə başa vurub. filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % azdır. 9 ayda İran bankının gəlirləri 3,911 milyon manat (1 il əvvələ nisbətən 13,5 % az), xərclər
9 oktyabr