İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladıPrezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

Sonxeber.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!

Sizi "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılışı münasibətilə təbrik edir və Azərbaycanda səmimi-qəlbdən salamlayıram.

Bakı şəhərində ənənəvi olaraq təşkil edilən "ADEX" sərgisinin regionun ən mötəbər və faydalı müdafiə sənayesi platformalarından birinə çevrilməsini görmək məmnunluq doğurur. Bu sərgiyə marağın ildən-ilə artması, burada bir çox ölkənin və aparıcı şirkətin təmsil olunması tədbirin aktuallığını və beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir.

Dost və tərəfdaş ölkələrin müdafiə sənayesi qurumlarını, hərbi ekspertlərini və şirkətlərini bir araya gətirən bu mühüm beynəlxalq sərgi müdafiə sənayesinin müxtəlif istiqamətləri üzrə ən son texnologiyaların, müasir silah sistemlərinin, hərbi texnika nümunələrinin, həmçinin innovativ həllərin nümayiş etdirilməsinə, yeni əməkdaşlıq imkanlarının müzakirə olunmasına və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradır.

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. "ADEX" sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

"ADEX" ilə paralel olaraq və bu il artıq 15-ci dəfə keçirilən "Securex Caspian" sərgisi də öz növbəsində təhlükəsizlik, mühafizə, xilasetmə və fövqəladə halların idarə olunması sahələrində qabaqcıl texnologiyaların nümayiş etdirildiyi ixtisaslaşmış tədbirlərdən biri olaraq böyük nüfuz qazanmışdır.

Əminəm ki, "ADEX" və "Securex Caspian" sərgiləri iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına, habelə hərbi-texniki tərəfdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.

Hər birinizi bir daha ürəkdən salamlayır, sərgilərin işinə uğurlar, iştirakçılara səmərəli fəaliyyət arzulayıram!"


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 343   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

15 noyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 17 Noyabr - Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

17 noyabr
.

Prezidentdən Xəzər dənizi ilə bağlı - Fərman

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmana əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsu

16 noyabr
.

Prezident İlham Əliyevin teleradio ilə bağlı müraciəti: Milli informasiya təhlükəsizliyi və dövlətçilik maraqları yeni mərhələdə

"Müasir dünyada informasiya yalnız cəmiyyətin məlumatlandırılması vasitəsi deyil, həm də dövlətlərin siyasi nüfuzunu, milli təhlükəsizliyini və beynəlxalq mövqelərini müəyyənləşdirən strateji güc amilidir. İnformasiya məkanında rəqabətin gücləndiyi, saxta xəbərlərin, ideoloji manipulyasiyaları

16 noyabr
.

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarını

15 noyabr
.

Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi

Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin taleyində mühüm rol oynamış hadisələrdən biri kimi xüsusi yer tutur. 1992-ci il noyabrın 21-də təsis edilən bu siyasi təşkilatın meydana çıxması müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi ağır siyasi, iqtisad

17 noyabr
.

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri

Müasir dünyada dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri insan kapitalıdır. Elmi potensial, təhsilin keyfiyyəti, texnoloji yeniliklər, innovasiya imkanları və müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı ölkələrin rəqabət qabiliyyətinin əsasını təşkil edir. Bu reallı

16 noyabr
.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü: Milli dövlətçilik tariximizin mühüm mərhələsi

Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür. 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası ölkənin mürəkkəb siyasi, iqtisadi və ictimai proseslərdən keçdiyi bir dövrdə meydana çıxaraq milli dövlətçiliyin qorunması

17 noyabr
.

YAP - cəmiyyətin aparıcı qüvvəsi

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli

16 noyabr