Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Son məlumatlara görə, Azərbaycanda bankların kreditlər üzrə faiz gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında 2 milyard 982,6 milyon manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artıb. Eyni zamanda, sentyabrın 1-nə bankların kredit portfeli 32,8 milyard manatı ötüb. Maraqlıdır ki, bankların kreditlərdən əldə etdiyi faiz gəlirləri əhəmiyyətli həcmdə artsa da, vətəndaşlar üçün kredit faizlərinin yüksək olması məsələsi gündəmdə qalır.
Üstəlik, Azərbaycan Mərkəzi Bankı sentyabrın 23-də uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayıb və faiz dəhlizinin aşağı həddini 5 faizə endirib. Bəs bankların kreditlərdən əldə etdiyi gəlirlər artdığı halda kredit faizlərinin ucuzlaşmasına hansı amillər mane olur? Kreditlərin faizləri yaxın dövrdə aşağı düşə bilərmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, bankların kreditlərdən yüksək faiz gəliri əldə etməsi kreditlərin niyə ucuzlaşmadığını izah edən əsas amillərdən biridir, amma məsələ yalnız bankların qazancı ilə bağlı deyil. Onun sözlərinə görə, kredit faizlərinin formalaşmasında bankların cəlb etdiyi vəsaitin qiyməti, depozit faizləri, risklər, problemli kreditlərə görə mümkün itkilər, əməliyyat xərcləri və bankın kapital gəlirliliyi də rol oynayır: "Azərbaycanda istehlak kreditlərinə tələbin yüksək olması da banklara faizləri sürətlə aşağı salmaq üçün ciddi təzyiq yaratmır. Bundan başqa, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması kredit faizlərinin avtomatik və eyni sürətlə azalması demək deyil. Banklar faiz qərarlarını daha çox öz maliyyələşmə xərcləri və kredit portfelindəki risklərə əsasən verirlər. Əgər banklar kredit riskini yüksək qiymətləndirirsə, uçot dərəcəsinin azalmasının təsiri müştəriyə tam ötürülməyə bilər.
Kreditlərin ucuzlaşması üçün banklar arasında rəqabətin güclənməsi, uzunmüddətli və daha ucuz maliyyə resurslarının artması, problemli kreditlərin azalması və iqtisadi risklərin aşağı düşməsi vacibdir. Əks halda bankların faiz gəlirləri yüksək olaraq qala və kredit faizlərinin aşağı düşməsi prosesi ləngiyə bilər".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Brent markalı neftin qiyməti bir barel üçün 101,52 dollara düşdü
Neft qiymətləri Yaxın Şərqdən ixracın artması və Yeddi Qrupu (G7) ölkələrinin strateji ehtiyatlardan yanacaq çıxarmaq qərarı fonunda düşdü. xəbər verir ki, Londondakı ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 0,73 dollar (0,71%) azalaraq bir barel üçün 101,5
5 oktyabrAzərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Sentyabr ayının sonlarından etibarən Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb. "Report"un Aran bürosu xəbər verir ki, bununla əlaqədar Saatlı rayonunun Fətəlikənd kəndində tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Saatlı rayon icra hakimiyyətinin başçısı Elmi
2 oktyabrAzərbaycanda istehlak qiymətləri sentyabrda 5,5 faiz artıb
Azərbaycanda 2026-cı ilin sentyabr ayında istehlak qiymətləri əvvəlki ilin eyni ayına nisbətən 5,5 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,
12 oktyabrƏmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,75% artaraq 4 218,
1 oktyabrADY sərnişin daşınmasını 19 % artırıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıyıb. Bu barədə -a ADY-dən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 8 milyon (18 % artım)
6 oktyabrQızıl qiymətlərində son vəziyyət
Azərbaycanda 2026-cı il 2 oktyabr tarixinə olan qızıl qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya - 7106.1105 manat, 1 qram (99 əyyar təmiz qızıl) - 228.47 manat, 1 qram İtalyan qızılı (750 əyyar) - 171.52 manat, 1 qram Türk qızılı (585 əyyar) - 133.79 manat, | 1 qram Rus qızıl
2 oktyabrAzərbaycanda sentyabrda 179,5 min nəfər yaşa görə aylıq sosial müavinət alıb
Bu ilin sentyabr ayında Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı 179 525 nəfər olub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 40,4 %-ni kişilər, 59,6 %-ni isə qadınlar təşkil edi
6 oktyabrAzərbaycanda kredit faizləri niyə yüksəkdir? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda kredit faizlərinin yüksək olması həm vətəndaşların, həm də biznes subyektlərinin maliyyə resurslarına çıxışını çətinləşdirən əsas məsələlərdən biridir. Bankların daha ucuz və uzunmüddətli maliyyə resurslarına çıxışının genişləndirilməsi kreditlərin maya dəyərinin azalmasına və faiz dərəcələrini
7 oktyabr