Limit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-Yenilənib

Limit 20 mindən 50 minə qaldırıldı - Gələn ildən-YenilənibAzərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir.

"Qafqazinfo" Banker.az-a istinadən xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektron pul transferləri barədə quruma məlumat ötürmə qaydasında dəyişiklik edilib.

Belə ki, "Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə karşı mübarizə haqqında" qanunvericiliyə uyğun olaraq, müəyyən edilmiş limitdən yuxarı əməliyyatların sənədləri MMX-yə təqdim olunmalıdır.

Yeniliyə əsasən, göstərici məbləğ dəyişməyərək 20 000 manat (və ya xarici valyutada onun qarşılığı) səviyyəsində qalsa da, hesablanma prinsipi fərqlənəcək. Artıq bu limit bir təqvim ili çərçivəsində tətbiq ediləcək və müştərinin il ərzində edəcəyi hər bir növbəti elektron köçürmə əməliyyatına şamil olunacaq.

Hüquqi şəxslərin benefisiarları ilə bağlı tələb: Monitorinqə cavabdeh qurumlar mövcud hüquqi şəxs olan müştərilərinin son benefisiar mülkiyyətçiləri barədə məlumatları 2027-ci il dekabrın 31-dək Xidmətə göndərməlidirlər.

Yeni qaydalar oktyabrın 1-dən etibarən hüquqi qüvvəyə minir.

*

MMX-dan APA-ya verilən məlumata görə, Maliyyə Monitorinqi Xidməti (MMX) "Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası"na yenidən dəyişiklik edəcək.

Qeyd edilib ki, hazırda qaydalara dəyişiklik layihəsinə yenidən baxılır və daha effektiv mexanizmin tətbiqi məqsədilə müvafiq düzəlişlər hazırlanır.

Bildirilib ki, layihə MMX rəhbərliyinə təqdim ediləcək və qısa müddətdə qəbul olunması nəzərdə tutulur.

Xidmətdən vurğulanıb ki, yenidən baxılan məsələlər sırasında 20 min manatdan yuxarı elektron köçürmələr üzrə maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməsi mexanizmi də yer alır.

Xatırladaq ki, oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim edilməsi nəzərdə tutulur.

Sözügedən mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, 20 min manatlıq illik hədd aylıq orta hesabla təxminən 1 667 manata uyğun gəlir və bu hədd keçildikdən sonra sonrakı elektron köçürmələrin MMX-yə təqdim edilməsi ilə bağlı yanaşma birmənalı qarşılanmayıb.

*

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib.

Yeni qərara əsasən, maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmələr üzrə əvvəl nəzərdə tutulan bir təqvim ili üzrə 20 min manatlıq kumulyativ hədd ləğv edilib.

Bundan sonra bir elektron köçürmənin məbləği 20 min manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bundan yuxarı olduqda həmin əməliyyat barədə MMX-yə məlumat təqdim ediləcək.

Eyni zamanda, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin bir təqvim ayı ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 50 min manatı keçdikdən sonra həmin ay ərzində aparılan hər növbəti elektron köçürmə də MMX-yə təqdim olunacaq.

Beləliklə, əvvəlki redaksiyada nəzərdə tutulan illik 20 min manatlıq mexanizm aylıq 50 min manatlıq hədlə əvəzlənib. Bununla yanaşı, bir əməliyyat üzrə 20 min manat və daha yüksək məbləğdə elektron köçürmələr ayrıca hesabat predmeti olaraq qalır.

Qərarla qaydaların qüvvəyə minmə tarixi də dəyişdirilib. Əvvəl 1 oktyabr 2026-cı ildən tətbiqi nəzərdə tutulan dəyişikliklər 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.

Xatırladaq ki, əvvəlki qaydaya əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə üzrə məlumatların MMX-yə təqdim edilməsi nəzərdə tutulurdu. Sözügedən mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 552   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?

Mərkəzi Bank (AMB) 6 oktyabr 2026-cı il tarixi üçün valyuta məzənnəsini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7025.2755 AZN, 1 qram qızılın qiyməti isə 225.87 AZN təşkil edib. Əyarlara və növlərə görə 1 qram qızılın qiyməti 99 əyar (Təmiz qızıl) üçün 225.87 manat

6 oktyabr
.

Qızılın son qiymətləri bəlli oldu

30 sentyabr 2026-cı il tarixi üçün daxili bazarda qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 015,3050 manat, standart 1 qram qızıl isə 225,55 manat təşkil edir. Mənşəyi və əyyarından asılı olaraq 1 qram qızılın satış qiyməti 99 əyyar təmiz qızıl üçün 225,5

30 sentyabr
.

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

2025-ci ildə Azərbaycanda 477 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 4 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 239 dəfə çoxdur. Hesabat dövründə istehsal edilə

8 oktyabr
.

İqtisadçı ekspert vəfat etdi

İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını

29 sentyabr
.

Azərbaycan Argentinadan limon və laymın idxalını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyə

1 oktyabr
.

İqtisadiyyat üzrə Nobel mükafatı iki amerikalıya verildi

İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adı açıqlanıb. Qaynarinfo-nun məlumatına görə, builki mükafat Robert Ernest Hall və Michael Voodforda təqdim olunub. Onlar bu mükafata makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsasları istiqamətindəki fəaliyyətlərinə görə layiq görülüblər. Məlumat üçü

12 oktyabr
.

Azərbaycan Belarusa armud ixracından gəlirini 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 3 min 885 ton armud ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 0,4 % az, kəmiyyət olaraq - 2,1 % çoxdur. Hesaba

1 oktyabr
.

İran Milli Bankının Bakı filialının mənfəəti 28 %-dən çox azalıb

İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarını 3,144 milyon manat mənfəətlə başa vurub. filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % azdır. 9 ayda İran bankının gəlirləri 3,911 milyon manat (1 il əvvələ nisbətən 13,5 % az), xərclər

9 oktyabr
.

Banklar kiberhücumlara qarşı nə qədər güvənlidir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bank sistemlərinə qarşı kiberhücumlar artdıqca müştərilərin şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyi məsələsi də daha çox diqqət çəkir. Bankların tətbiq etdiyi təhlükəsizlik sistemləri, iki mərhələli təsdiqləmə və digər qoruyucu mexanizmlərə baxmayaraq, kiberdələduzluq halları ilə bağlı narahatlıqla

6 oktyabr