Neftin qiyməti 125 dolları keçdi: Daha da bahalaşa bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Neftin qiyməti 125 dolları keçdi: Daha da bahalaşa bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMANeftin qiymətinin 125 dollar ətrafında olması enerji bazarında qiymətlərin bundan sonra hansı istiqamətdə dəyişəcəyi ilə bağlı sualları artırır. Qlobal bazarda tələb, təklif, geosiyasi gərginlik və hasilatla bağlı qərarlar neftin qiymətinə təsir edən əsas amillər sırasında yer alır.

Bəs neftin qiyməti bundan sonra daha da arta bilərmi?
Neftin qiyməti 125 dolları keçdi: Daha da bahalaşa bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, hazırda "neftin qiyməti 125 dollar ətrafındadır" deyəndə hansı markanın nəzərdə tutulduğunu dəqiqləşdirmək vacibdir. Məsələn, 2 oktyabrda Brent nefti təxminən 102 dollar, Azərbaycanın Azeri Light nefti isə CIF bazasında 124,76 dollar olub.
Azeri Light üzrə 125 dollar səviyyəsinin daha da yüksəlməsi mümkündür. Hazırkı bahalaşmanın əsas səbəbi geosiyasi risklər, xüsusilə Yaxın Şərqdə vəziyyətin gərginləşməsi, Hörmüz boğazından neft və neft məhsullarının daşınması ilə bağlı risklər və bəzi ölkələrin yanacaq ixracını məhdudlaşdırmasıdır. Çin oktyabr ayında bəzi neft məhsullarının ixracını dayandırıb, eyni zamanda ABŞ-ın Yaxın Şərqdə hərbi qüvvələrini artırması bazarda yeni təchizat böhranı ehtimalını gücləndirib.

Əgər İranla bağlı hərbi-siyasi gərginlik yenidən kəskinləşsə və Hörmüz boğazından keçən neft axınında ciddi məhdudiyyət yaransa, qiymətin 125 dollardan yuxarı qalxması real ssenaridir. Çünki bu halda söhbət sadəcə bazar gözləntilərindən yox, faktiki fiziki neft çatışmazlığı riskindən gedəcək. Beynəlxalq Enerji Agentliyi də Yaxın Şərqdən təchizatın tam bərpasının 2027-ci ilə qədər gecikə biləcəyini bildirir.

Amma 125 dolların uzun müddət qorunması başqa məsələdir. Əgər regionda gərginlik azalarsa, Hörmüz boğazından daşınmalar normallaşarsa və körfəz ölkələrinin hasilatı bərpa olunarsa, qiymətlər yenidən aşağı istiqamətə dönə bilər. Reuters-in sentyabrın sonunda sorğuladığı analitiklər 2026-cı il üçün Brentin orta qiymətini 89,05 dollar hesablayıblar.
Ona görə indiki şəraitdə 125 dollardan daha yüksək qiymət mümkündür, lakin bunun davamlı olması əsasən Yaxın Şərqdəki hadisələrin necə inkişaf etməsindən asılı olacaq. Azərbaycanın Azeri Light neftinin qiyməti Brentdən yüksək olduğuna görə, dünya bazarında Brentin hər 5-10 dollarlıq dəyişməsi Azərbaycan neftinin qiymətində də əhəmiyyətli fərq yarada bilər.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 463   Tarix: 02 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Xəzərin dayazsulu hissəsində kəşfiyyat quyularının qazılacağı tarix AÇIQLANDI - FOTO

Qazaxıstanın modernizasiyası yekunlaşmış "Sətti" qazma qurğusu vasitəsilə Abşeron Yarımadasının Dayazsulu Hissəsində qazma işlərinə start verilir. -ın məlumatına görə, Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində layihə çərçivəsində qazma işlərin

20 iyul 2021