4 cüdoçumuz dünya çempionatında tatamiyə çıxır
Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçiriləcək.
"Qafqazinfo" xəbər verir ki, Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq.
Qadınların -63 kq çəki dərəcəsində Hanna Zaytseva yarışa 1/16 finaldan qoşulacaq. Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) - Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq.
Kişilərin -81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə mübarizəyə 1/32 final mərhələsindən başlayacaq və Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.
Zelim Tçkayev və Ömər Rəcəbli isə ilk görüşlərini 1/16 finalda keçirəcəklər. Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) - Viktor Sterpu (Moldova) cütünün, Rəcəbli isə Sibqatullah Arab (IRT) - Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə qarşılaşacaq.
Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.
Dünya çempionatının görüşləri "CBC Sport" və "Judo TV" vasitəsilə canlı yayımlanacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 378 Tarix: 07 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOlimpiya çempionu Peres Cepçirçir 3 il müddətinə diskvalifikasiya olunub
Keniyalı sprinter Peres Cepçirçir antidopinq reqlamentini pozduğuna görə 3 il müddətinə diskvalifikasiya olunub. xəbər verir ki, 33 yaşlı idmançıdan 2026-cı ilin avqustunda götürülən dopinq-nümunəsində eritropoetin aşkarlanıb. Oktyabr ayından etibarən atlet barəsində müvəqqəti kənarlaşdırma qərarı qüvvəy
19 noyabrİspaniyada futbolçunun ölümünə səbəb olan qapıçı ilə bağlı qərar verildi
İspaniyanın "Tenerife" klubunun futbolçusu Xesus de Migelin ölümü ilə nəticələnən toqquşmaya görə "Andorra"nın qapıçısı Xesus Ovono 12 oyunluq diskvalifikasiya edilib. -ın -ya istinadən xəbərinə görə, bu barədə qərar İspaniya Futbol Federasiyasının İntizam komitəsi tərəfindən qəbu
14 noyabr34 yaşında karyerasını bitirdi
PSJ-nin və Fransa millisinin sabiq müdafiəçisi Layvin Kurzava 34 yaşında futbolçu karyerasını bitirdiyini açıqlayıb. xəbər verir ki, fransalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Bir vaxtlar ilk addımı atmaq lazım idi. İndi isə bu yolun sonunu gətirmək üçün doğru anı seçməliyəm
18 noyabrHarri Keyn Avropanın ən çox maaş alan futbolçusu olub
"Bavariya"nın hücumçusu Harri Keyn yeni müqavilə imzaladıqdan sonra Avropanın ən yüksək məvacibli futbolçusuna çevrilib. xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. Münhen təmsilçisi noyabrın 5-də 33 yaşlı ingiltərəli forvardla 2029-cu il iyunun 30-dək qüvvədə olaca
11 noyabrUqo Lyoris Fransa futbolu tarixində rekorda imza atıb
"Los-Anceles"in qapıçısı Uqo Lyoris peşəkar səviyyədə 1 00 oyun keçirib. xəbər verir ki, bu barədə "L Equipe" məlumat yayıb. Məlumata görə, o, buna nail olan ilk fransız futbolçu olub. Otuz doqquz yaşlı qapıçı "Los-Anceles Qalaksi" komandasına qarşı əlamətdar oyununu keçirib
16 noyabrBabək Quliyev UEFA-dan təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) növbəti təyinat alıb. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Bildirilib ki, o, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasınd
9 noyabrAyvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun hücumçusu Ayvan Touni yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər. "Report" "talkSPORT"a istinadən xəbər verir ki, "Kristal Pelas" forvardı heyətinə qatmaq variantını nəzərdən keçirir. Komanda 30 yaşlı oyunçun
21 noyabr