Kupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda çıxarışı olmayan evlərin alqı-satqısı zamanı vətəndaşlar bir sıra hüquqi problemlərlə üzləşə bilərlər. Belə əmlaklar bəzən daha ucuz qiymətə təklif olunsa da, alıcı ödədiyi vəsaitə baxmayaraq, mülkiyyət hüququnu öz adına rəsmiləşdirə bilməyə bilər. Həmçinin evin qanunsuz tikilməsi, torpaq sənədlərinin qaydasında olmaması və gələcəkdə sökülmə təhlükəsi kimi risklər də mövcuddur.
Bəs, kupçasız ev alan şəxslər hansı hüquqi və maliyyə riskləri ilə üzləşə bilərlər? Belə evlərə sonradan çıxarış almaq hansı hallarda mümkündür və alıcı özünü mümkün problemlərdən qorumaq üçün nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, kupçasız, yəni daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış mənzil əldə etmək ciddi hüquqi risklər yaradır:
"İlk növbədə, alıcı aldığı mənzilə hüquqi baxımdan tam mülkiyyətçi statusu qazana bilməyə bilər. Bu isə gələcəkdə mənzilin satılması, bağışlanması, vərəsəlik qaydasında ötürülməsi, ipoteka qoyulması və digər sərəncam hüquqlarının həyata keçirilməsində ciddi çətinliklər yaradır.
Ən böyük təhlükələrdən biri isə tikilinin qanunsuz olması, torpaq sahəsinin təyinatının uyğun gəlməməsi, tikinti sənədlərinin qaydasında olmaması və ya eyni mənzilin bir neçə şəxsə satılması ehtimalıdır. Belə hallarda alıcı həm maddi itki ilə üzləşə, həm də uzunmüddətli məhkəmə çəkişmələrinə cəlb oluna bilər.
Xüsusilə qeyd etmək lazımdır ki, alqı-satqı müqaviləsinin, ödəniş qəbzinin və ya notarial sənədin mövcudluğu öz-özlüyündə mülkiyyət hüququnun dövlət qeydiyyatını əvəz etmir.
Əsas prinsip budur: mənzil alarkən yalnız onun fiziki mövcudluğuna və qiymətinin münasib olmasına deyil, hüquqi statusuna da diqqət yetirilməlidir. Çünki daşınmaz əmlak bazarında ən böyük risk pul ödəyib, lakin hüquqi mülkiyyət əldə edə bilməməkdir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 264 Tarix: 20 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşJurnalistlər üçün müsabiqə elan edildi
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so
20 noyabrSabaha leysan gözlənilir - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəz
19 noyabrGənc oğlan 15 yaşlı qızı qaçırdı, polis hərəkətə keçdi
Sabirabad rayonunda 17 yaşlı oğlanın 15 yaşlı qızı qaçırması ilə bağlı araşdırmalara başlanılıb. -a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da rayonun Cavad kəndində qeydə alınıb. Məlumata görə, ata 2011-ci il təvəllüdlü qızının 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılmas
20 noyabrEtibarnamə ilə ev alanlar evlərini itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Daşınmaz əmlak bazarında bəzən evlər alqı-satqı müqaviləsi bağlanmadan, yalnız etibarnamə əsasında əldə edilir. Lakin etibarnamə alıcıya avtomatik olaraq mülkiyyət hüququ vermir və onu verən şəxs sənədi sonradan ləğv edə bilər. Bu isə alıcının ödədiyi vəsaiti və ev üzərindəki hüquqlarını itirməsi risk
19 noyabrTravmatologiya İnstitutunda vacib cihaz yoxdur? - Video
"Hər gün onlarla sümük-oynaq əməliyyatları edilən, yüzlərlə pasiyentin sümük xəstəliklərinə görə müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını, osteoporoz və osteopeniyanı təyin etmək üçün sümük densitometriyası (osteodensitometriya) cihazı yoxdur, ya d
20 noyabr"Kontakt"da pişik işçini dişlədi, baş direktor cərimələndi
"Kontakt" mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə inzibati qaydada məsuliyyətə cəlb olunub. -a istinadən xəbər verir ki, buna şirkətə məxsus mağazaların birində pişiyin işçini dişləməsi səbəb olub. Xəstəxanada əməkdaşa tibbi yardım göstərilsə də, şirkət tərəfindən istehsalatd
19 noyabrAlim Qasımov və qızının ifası məşhur "GTA 6" oyununda
Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fəraqanə Qasımovanın ifası dünyanın ən çox gözlənilən videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilib. Axşam.az xəbər verir ki, oyundakı "Kaleidoscope FM" radiosunda onların ifası "Say It Right" ad
19 noyabr