Finlandiyada pensiya yaşı 70-ə qaldırıla bilər
Finlandiyanın Maliyyə Nazirliyi ölkədə sosial təminat sistemində genişmiqyaslı islahatların aparılmasını, dövlət xidmətləri və müavinətlərin azaldılmasını, pensiya yaşının isə 70-ə çatdırılmasını təklif edib.
Bu barədə "Yle" tele-radio şirkəti nazirliyin təqdim etdiyi islahat layihəsinə istinadən məlumat yayıb.
Təklif olunan tədbirlərin dövlət borcunun artımını dayandırmaq və onun ümumi daxili məhsula (ÜDM) nisbətini azaltmaq zərurəti ilə əsaslandırıldığı bildirilir. Nazirliyin qənaətinə görə, bu, sosial dövlətin əsaslarını qoruyub saxlamağa imkan verəcək. Dövlət büdcəsinin balansını 8-11 milyard avro yaxşılaşdırmalı olan təkliflərə xərclərin azaldılması, vergilərin artırılması və iqtisadi artımı stimullaşdıran struktur islahatları daxildir. Tədbirlərin əsas hissəsinin ölkənin növbəti hökumətinin səlahiyyət müddətinin əvvəlində qəbul edilməsi təklif olunur.
Nazirlik qənaət imkanlarının ən çox səhiyyə, sosial sahə və təhsil sektorlarında olduğunu hesab edir. Dövlət tərəfindən maliyyələşdirilən xidmətlərin siyahısına və müəssisələr şəbəkəsinə yenidən baxılması, rəsmilərin qiymətləndirməsinə görə, yüz milyonlarla avroya qənaət etməyə imkan verəcək. Pensiya yaşının 70-ə çatdırılması isə işləyən vətəndaşların sayını 50-120 min nəfər artıracaq.
Sənəddə bildirilib ki, uşağa qulluq müavinətinin ləğv edilməsi və ya onun ödənilmə müddətinin azaldılması nəticəsində daha təxminən 10 min nəfərin əmək bazarına cəlb olunması mümkün olacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 152 Tarix: 07 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranda son 9 ayda 70 siyasi məhbus edam edilib
İranda bu ilin yanvar ayından etibarən, son 9 ayda azı 70 siyasi məhbus edam edilib, daha 194 nəfər ölüm cəzasına məhkum olunub. xəbər verir ki, bu barədə İranın insan hüquqları müdafiə təşkilatları bildirib. Hüquq-müdafiə təşkilatlarının və ictimai fəalların məlumatına görə, reallıqda edam edilənləri
6 oktyabrABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib
ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub. "Fransanın hər yerində şagirdlərin etirazları davam edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb şəhərciklərində
6 oktyabr25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
7 oktyabrTürkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər. xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti bildirib. Nəşr bildirir ki, "Ölkədə Türkiyə bazasının yaradılması məsələsi gündəmə gətirilib. Əgər bu ba
7 oktyabrAlplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib
İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin
5 oktyabrDnepr üzərindəki körpüyə dəyən zərbə nəticəsində beş nəfər xəsarət alıb
Rusiya qoşunları Zaporojye şəhərində Dnepr çayı üzərindəki körpülərdən birinə zərbə endirib. xəbər verir ki, bu barədə Zaporojye regional hərbi administrasiyasının rəhbəri vəzifəsini icra edən Mixail Semikin məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində beş nəfər yaralanıb: işə tələsən iki Qırmız
6 oktyabrLitva ordusu ABŞ-dən döyüş dronları alıb
Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"
7 oktyabr