Mənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVAB

Mənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVABBakıda həm mənzil qiymətlərinin, həm də kirayə haqlarının yüksək olması və mənzil kreditləri üzrə xərclərin artması vətəndaşların mənzil seçimi ilə bağlı qərarlarını çətinləşdirir. Xüsusilə orta gəlirli ailələr üçün mənzil almaqla uzunmüddətli kirayədə qalmaq arasında seçim edərkən aylıq ödənişlər, ilkin ödəniş, kredit müddəti, mənzilin yerləşdiyi ərazi və gələcək xərclər nəzərə alınmalı əsas məqamlardandır. Bununla yanaşı, mənzil əlçatanlığının artırılması üçün həm bazar, həm də sosial-iqtisadi mexanizmlərin təkmilləşdirilməsi vacibdir.

Bəs, mənzil almaqla kirayədə yaşamaq arasında seçim edən vətəndaşlar hansı amilləri nəzərə almalıdırlar və mənzil qiymətləri, kirayə haqları və kredit xərclərinin yüksək olduğu şəraitdə orta gəlirli ailələr üçün mənzil əlçatanlığını artırmaq məqsədilə hansı addımlar atılmalıdır?
Mənzil almaq sərfəlidir, yoxsa kirayə? - Ekspertdən CAVABMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak eksperti Fərid Cəfərli bildirib ki, mənzil alarkən yalnız aylıq kredit ödənişinə baxmaq düzgün deyil.

"Vətəndaş ilkin ödənişi, kredit üzrə faiz xərclərini, sığorta və digər bank xərclərini, təmir və kommunal xərcləri, həmçinin mənzilin saxlanılması ilə bağlı ödənişləri də nəzərə almalıdır. Digər tərəfdən, uzunmüddətli perspektivdə alınan mənzil ailə üçün aktiv formalaşdırır və daşınmaz əmlak bazarında qiymət artımı baş verdiyi halda bu aktivin dəyəri də yüksələ bilər. Kirayənin üstünlüyü isə daha yüksək maliyyə çevikliyidir. Ailə iş və ya gəlir səbəbindən yaşayış yerini dəyişmək istəyirsə, kirayə daha əlverişli ola bilər. Eyni zamanda, kirayə ilkin böyük kapital tələb etmir və uzunmüddətli kredit öhdəliyi yaratmır".

Ekspert bildirib ki, ailə ilk növbədə aylıq xalis gəlirini hesablamalı, bundan sabit yaşayış xərclərini çıxarmalı və qalan məbləğin nə qədərini mənzilə yönəldə biləcəyini müəyyən etməlidir:

"Mənzil alınacaqsa, bu hesablamaya kredit ödənişi ilə yanaşı kommunal xərclər, təmir, sığorta, nəqliyyat və digər əlavə xərclər də daxil edilməlidir. Kirayə variantında isə kirayə haqqı ilə yanaşı depozit, kommunal ödənişlər və mümkün köç xərcləri nəzərə alınmalıdır. Digər vacib məsələ vaxt faktorudur. Ailə həmin mənzildə uzun illər yaşayacaqsa, almaq variantının iqtisadi məntiqi arta bilər. Əgər yaxın bir neçə ildə yaşayış və ya iş yerini dəyişmək ehtimalı yüksəkdirsə, kirayə daha rasional seçim ola bilər. Mənzil əlçatanlığının artırılması üçün ilk növbədə təklif genişləndirilməlidir. Şəhərdə müxtəlif gəlir qruplarına uyğun daha çox mənzil tikilməli, xüsusilə orta gəlirli ailələr üçün nəzərdə tutulan münasib qiymətli mənzil fondu genişləndirilməlidir. Digər istiqamət uzunmüddətli və münasib maliyyələşmə mexanizmlərinin genişləndirilməsidir. Burada aşağı faizli ipoteka məhsulları, uzunmüddətli kreditlər, ilkin ödəniş yükünün azaldılması və gəliri sabit, lakin yüksək olmayan ailələr üçün xüsusi maliyyə mexanizmləri mühüm rol oynaya bilər".

Onun sözlərinə görə, sosial və əlçatan kirayə mənzil bazarının inkişafı da vacibdir:

"Çünki bütün ailələrin mənzil sahibi olması real və ya iqtisadi baxımdan optimal məqsəd deyil. Dünyanın bir çox ölkəsində uzunmüddətli, təhlükəsiz və münasib qiymətli kirayə mənzil bazarı mənzil siyasətinin mühüm elementidir. Bundan başqa, şəhərsalma və nəqliyyat siyasəti mənzil siyasəti ilə əlaqələndirilməlidir. Mənzilin yalnız kvadratmetrinə deyil, onun yerləşdiyi əraziyə də baxmaq lazımdır. Əgər şəhər mərkəzində mənzil qiymətləri həddindən artıq yüksəkdirsə, nəqliyyat infrastrukturu yaxşı olan ətraf ərazilərdə yeni yaşayış massivlərinin inkişaf etdirilməsi mənzil xərclərini aşağı sala bilər. Uzunmüddətli kirayə müqavilələrinin geniş yayılması, kirayəçilərin hüquqi müdafiəsinin gücləndirilməsi və münasib qiymətli kirayə mənzil fondunun artırılması bazarın sabitliyinə müsbət təsir göstərə bilər. Xüsusilə gənc ailələr və ilk dəfə müstəqil yaşayışa başlayan şəxslər üçün "kirayədən mənzil sahibliyinə keçid" mexanizmləri də nəzərdən keçirilə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 221   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlərdə münasibətlərdə yaş fərqi və evli şəxslərlə münasibət qurmaq kimi mövzular daha çox diqqət çəkir. Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin özündən iki dəfə böyük münasibətdə olduğu kişi tərəfindən öldürülməsi bu mövzunu yenidən gündəmə gətirdi. Bəzən gənc qadınların özlərində

8 oktyabr
.

Cəbrayılda mina partlayışı: Xəsarət alan var

İşğaldan azad edilmiş Cəbrayıl rayonu, Dağmaşanlı kəndi ərazisində 2026-cı il oktyabrın 8-də mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. 200-ci il təvəllüdlü Cəbrayı

8 oktyabr
.

Şagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə...

Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması nəzərdə tutulur. -in məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bununla bağlı satınalma prosesi həyata keçirilir. İşlər üçün ehtimal oluna

7 oktyabr
.

Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl

8 oktyabr
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

8 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı

Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al

8 oktyabr
.

Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudo

7 oktyabr
.

"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində sistemdə yaranan problemin səbəbi açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərini

8 oktyabr