Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır

Paytaxtda kirayə mənzillər sürətlə bahalaşırBakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin sentyabr ayının sonunda kirayə qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz, avqustun sonuna nisbətən isə 1.9 faiz artıb. Yeni tikililərdə aylıq bahalaşma 3.1 faiz, köhnə tikililərdə isə 1.1 faiz olub. Bəs kirayə bazarında qiymət artımını sürətləndirən nədir və mənzil kirayələmək yaxın aylarda daha da çətinləşəcəkmi?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Mənzillərin satış qiymətləri kirayə gəlirliliyini üstələyir"

Daşınmaz əmlak üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, kirayə mənzil bazarındakı qiymət artımını yalnız ev sahiblərinin daha çox gəlir əldə etmək istəyi ilə izah etmək və ya kirayə bazarını mənzil bazarından ayrı qiymətləndirmək doğru olmaz. Burada bir neçə fundamental səbəb var:

"Əsas amillərdən biri mənzillərin satış qiymətlərinin artmasıdır. Son illərdə Azərbaycanda, xüsusilə Bakıda mənzillərin satış qiymətlərində ciddi bahalaşma müşahidə olunur və kirayə bazarı da bu prosesdən birbaşa təsirlənir. Mənzilə yalnız yaşayış vasitəsi deyil, həm də investisiya aləti kimi baxmaq lazımdır. İnsan 250-300 min manat xərcləyərək mənzil alırsa, təbii ki, həmin vəsaitdən müəyyən gəlir əldə etmək istəyir. Lakin burada maraqlı tendensiya var: mənzillərin satış qiymətləri kirayə haqlarından daha sürətlə artır. Nəticədə kirayə qiymətləri yüksəlsə də, mənzil sahibinin investisiyasından əldə etdiyi gəlirlilik azalır. Bunu Mərkəzi Bankın rəqəmlərində də görmək mümkündür. 2024-cü ilin sonunda Bakıda median aylıq kirayə haqqı 927 manat, mənzilin kirayə gəliri hesabına kapitallaşma müddəti isə 19.5 il olub. Bu, təxminən 5.1 faizlik illik ümumi gəlirlilik deməkdir. 2025-ci ilin sonunda Mərkəzi Bankın ölkə üzrə hesablamalarında kapitallaşma müddəti 20.9 ilə, 2026-cı ilin birinci yarısında isə 23 ilə yüksəlib. Sonuncu göstərici təxminən 4.35 faizlik illik gəlirliliyə uyğundur".

"Münasib qiymətli mənzillərin təklifi məhduddur"

Ekspert bildirib ki, kirayə bazarındakı digər mühüm məsələ təklifin əhalinin ödəmə qabiliyyətinə uyğun olmamasıdır: "Problem bütün mənzil kateqoriyaları üzrə təklif çatışmazlığından daha çox, münasib qiymətli mənzillərin məhdud olmasıdır. Bu gün bazarda bahalı, böyük və lüks mənzillərin kirayə təklifi kifayət qədər genişdir. Lakin insanların böyük əksəriyyətinin ödəyə biləcəyi qiymətə kiçik mənzillərin təklifi daha məhduddur. Buna görə də qiymət artımı bütün seqmentlərdə eyni səviyyədə baş vermir və ən çox təzyiq münasib qiymətli mənzillər üzərində yaranır".

F.Xəlilov hesab edir ki, sentyabr ayında kirayə qiymətlərinin avqustla müqayisədə 1.9 faiz artmasında mövsümi amillərin də rolu ola bilər. Universitetlərdə tədrisin başlaması ilə tələbələrin və bölgələrdən Bakıya gələn digər şəxslərin kirayə mənzillərə tələbatı artır. Lakin bunu qiymət artımının yeganə səbəbi kimi göstərmək düzgün olmaz: "Gələcək proqnozlara gəldikdə isə, kirayə qiymətlərinin bütün şəhər üzrə eyni templə artacağını düşünmürəm. Xüsusilə əhalinin ödəmə qabiliyyətinə uyğun mənzillərə tələbat yüksək olaraq qalacaq. Digər tərəfdən, kirayə qiymətlərinin artımının da müəyyən iqtisadi həddi var. Bu hədd əhalinin real gəlirləri və ödəmə qabiliyyəti ilə müəyyən olunur. Mənzil kirayəsi ailənin aylıq gəlirinin çox böyük hissəsini əhatə etdikdə insanlar daha kiçik mənzillərə, şəhərin kənarlarına və ya birgə kirayə variantlarına yönəlməyə məcbur qalırlar. Ona görə də uzunmüddətli perspektivdə əsas məqsəd kirayə qiymətlərini inzibati yolla məhdudlaşdırmaq deyil, əhalinin real gəlirlərinə uyğun mənzil təklifini artırmaq olmalıdır".

"Söküntülər kirayə mənzilləri bahalaşdırır"

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə düşünür ki, paytaxtda köhnə çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin sökülməsi kirayə mənzillərin bir hissəsinin bazardan çıxmasına səbəb olur: "Sökülən binaların yerində inşa edilən yeni tikililərdə mənzillər isə köhnə binalarla müqayisədə təxminən iki dəfə baha qiymətə kirayə verilir. Söküntü nəticəsində evlərini itirən paytaxt sakinləri də kirayə mənzil tutmağa məcbur olurlar. Beləliklə, əvvəllər əsasən tələbələrin və bölgələrdən işləmək üçün gələn şəxslərin müraciət etdiyi kirayə bazarında əlavə tələbat yaranır. Paytaxtda söküntü və yenidənqurma işlərinin 2040-cı ilə qədər davam edəcəyi gözlənildiyindən, bu prosesin kirayə bazarına təsiri də uzun müddət davam edəcək".

E.Fərzəliyevin sözlərinə görə, kirayə mənzillərə ən çox tələbat metro stansiyalarının ətrafında müşahidə olunur: "Bakıda Yasamal rayonu bu baxımdan ilk sıralardadır. Daha sonra Nəsimi və Nərimanov rayonları gəlir. Bunun əsas səbəblərindən biri ali təhsil müəssisələrinin böyük hissəsinin Yasamal rayonunda yerləşməsidir. Tələbələr universitetlərə yaxın ərazilərdə mənzil tapa bilmədikdə metro stansiyalarına yaxın digər rayonlara üz tuturlar. Avqust-sentyabr aylarında bölgələrdən onminlərlə tələbənin eyni vaxtda Bakıya gəlməsi də kirayə bazarında mövsümi tələbatı artırır".

"Yataqxanaların tikintisi kirayə qiymətlərini azalda bilər"

Ekspertin fikrincə, kirayə bazarında tələbatı azaltmaq üçün ali təhsil müəssisələrinin tələbə yataqxanalarının yenidən tikilməsi vacibdir: "Əvvəllər mövcud olmuş yataqxanalar müasir tələblərə uyğunlaşdırılaraq daha hündürmərtəbəli binalarla əvəz edilə bilər. Hazırda Bakıda bölgələrdən gələn onminlərlə tələbə kirayə mənzillərdə qalır. Onların yataqxanalarla təmin edilməsi kirayə mənzillərə tələbatı azalda və nəticədə qiymətlərin aşağı düşməsinə şərait yarada bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 180   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021