98 saylı bağçada azyaşlı ilə bağlı ŞOK İDDİA - araşdırma başladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

98 saylı bağçada azyaşlı ilə bağlı ŞOK İDDİA - araşdırma başladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMABakıda 98 saylı uşaq bağçasında baş verdiyi bildirilən hadisə ciddi suallar yaradıb. Bağçaya gedən azyaşlının qanında psixotrop maddənin aşkarlanması ilə bağlı iddia araşdırmaya səbəb olub. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb və bağçanın fəaliyyətində bir sıra nöqsanlar müəyyən edilib.

Hadisənin təfərrüatları, uşağın qanında psixotrop maddənin necə aşkarlanması və bağçada təhlükəsizliyin necə təmin olunduğu isə hələ də əsas suallardandır.
98 saylı bağçada azyaşlı ilə bağlı ŞOK İDDİA - araşdırma başladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, 98 saylı uşaq bağçasında azyaşlının qanında psixotrop maddə aşkarlanması ilə bağlı yayılan məlumatlar hər bir valideyni ciddi narahat etməlidir. Onun sözlərinə görə, bu məsələni adi bir inzibati nöqsan kimi qiymətləndirmək qətiyyən doğru deyil: "Söhbət özünü müdafiə etmək imkanları məhdud olan azyaşlı uşağın təhlükəsizliyindən gedir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, aparılan araşdırmanın nəticəsi olaraq bağçanın müdiri ilə əmək müqaviləsinə xitam verilib. Rəsmi açıqlamada səbəb kimi təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmasında yol verilmiş nöqsanlar göstərilir. Eyni zamanda, uşağın qanında psixotrop maddənin aşkarlanması ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Mən bir təhsil eksperti kimi bu hadisəni kəskin şəkildə qınayıram. Uşaq bağçası elə bir məkandır ki, valideyn övladını ora təhvil verərkən əmin olmalıdır: uşağım təhlükəsizdir, ona nəzarət edilir, onun sağlamlığı qorunur. Əgər bağçada uşağın sağlamlığına və təhlükəsizliyinə dair belə ağır şübhə yaranırsa, burada idarəetmə və nəzarət mexanizmlərinin necə işlədiyi ciddi şəkildə sorğulanmalıdır.

Ən vacib məsələ isə yalnız direktorun işdən çıxarılması ilə bitməməlidir. Direktorun vəzifədən azad edilməsi problemin nəticəsidir, səbəblərin özü isə tam və şəffaf şəkildə ortaya çıxarılmalıdır. Uşağın orqanizminə psixotrop maddənin necə keçdiyi, həmin maddənin haradan əldə edildiyi, bağçanın daxilində belə bir təhlükəli vəziyyətin yaranmasına hansı şəraitin imkan verdiyi və hadisəyə hansı əməkdaşların nəzarət etdiyi bütün detalları ilə araşdırılmalıdır. Burada söhbət bir direktorun taleyindən daha böyük məsələdən gedir. Söhbət dövlətə, təhsil sisteminə və ən əsası valideynlərin etimadına olan məsuliyyətdən gedir.
Bağça rəhbərliyinə, tərbiyəçilərə və bütün aidiyyəti şəxslərə mesaj çox aydın olmalıdır: uşağın təhlükəsizliyi ilə bağlı heç bir səhlənkarlığın bəraəti ola bilməz.

Məktəbəqədər təhsil müəssisəsində bir uşağın belə təhlükə ilə üz-üzə qalması ehtimalı varsa, bunu "adi iş nöqsanı" adlandırmaq olmaz. Bu, son dərəcə ciddi siqnaldır və sistemin bütün halqalarının yenidən yoxlanılmasını tələb edir.

Hesab edirəm ki, bu hadisədən sonra təkcə həmin bağçada deyil, digər məktəbəqədər təhsil müəssisələrində də təhlükəsizlik və nəzarət mexanizmləri kompleks şəkildə yoxlanılmalıdır. Uşaqların bağçaya daxil olmasından valideynə təhvil verilməsinə qədər bütün proseslərdə məsuliyyət dəqiq müəyyənləşdirilməlidir.

Bir daha vurğulayıram: uşaq bağçası nəzarətsiz məkan deyil və ola da bilməz.Valideyn övladını bağçaya əmanət edir. Bu əmanətə xəyanət etmək, təhlükəsizlik qaydalarına səhlənkar yanaşmaq və uşaqların sağlamlığını risk altında qoymaq ən sərt formada qınanmalıdır.

Əgər araşdırma nəticəsində hər hansı şəxsin səhlənkarlığı, məsuliyyətsizliyi və ya qanunsuz hərəkəti müəyyən edilərsə, həmin şəxslər barəsində yalnız inzibati deyil, qanunvericiliyə uyğun olaraq daha ciddi hüquqi tədbirlər görülməlidir.

Uşaqlar üzərində məsuliyyətsizliyə yol vermək olmaz. Bu sahədə "səhv etdim" bəhanəsi qəbulolunan deyil. Çünki söhbət uşaqların sağlamlığından və həyat təhlükəsizliyindən gedir".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 229   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA

Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər

7 oktyabr
.

"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ

"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy

6 oktyabr
.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

7 oktyabr
.

Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR

Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib. -ın əldə etdiyi məlumata görə, o, vurulmu

8 oktyabr
.

Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlərdə münasibətlərdə yaş fərqi və evli şəxslərlə münasibət qurmaq kimi mövzular daha çox diqqət çəkir. Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin özündən iki dəfə böyük münasibətdə olduğu kişi tərəfindən öldürülməsi bu mövzunu yenidən gündəmə gətirdi. Bəzən gənc qadınların özlərində

8 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın (Qasımova) tibb elmləri namizədi Rəşid Mahmudova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, mülki iddiaya Yasamal rayon Məhkəməsində hakim Fuad Hüseynovun sədrliyi ilə baxılıb. Prosesdə Elza Seyidcahanın vəkili Elşən Behbudo

7 oktyabr
.

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib. "Qafqazinfo" xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba

7 oktyabr
.

Dövlət sifarişli yerlər niyə boş qalır? - Tələbələr niyə ödənişli təhsili seçir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitetlərdə dövlət hesabına təhsil almaq imkanı olduğu halda bəzi dövlət sifarişli yerlərin boş qalması diqqət çəkir. 2026/2027-ci tədris ili üzrə qəbuldan sonra istifadə olunmayan dövlət sifarişli yerlər əlavə müsabiqəyə çıxarılıb və nəticədə 1 870 tələbə ödənişli əsaslarla qəbuldan dövlət sifariş

8 oktyabr