Süni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?

Süni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir.

Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi, mərtəbəsi, təmir vəziyyəti, binanın yaşı, mənzərəsi, parkinq imkanları və digər xüsusiyyətlərini nəzərə alaraq qiymətləndiricini əvəz edə bilərmi?

Mövzu ilə bağlı əmlak eksperti Ramil Osmanlı Modern.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlakın qiymətləndirilməsində bəzi amillər yalnız əmlaka yerində baxış və ekspert yanaşması ilə düzgün müəyyənləşdirilə bilər. Onun sözlərinə görə, eyni binada yerləşən, sahəsi və digər əsas göstəriciləri oxşar olan iki mənzilin belə bazar dəyəri arasında ciddi fərq yarana bilər:

"Xüsusilə daşınmaz əmlaka münasibətdə qiymətləndirici, hesab edirəm ki, əmlakı bir çox hallarda görməlidir. Eyni binada iki mənzil ölçüsünə, konfiqurasiyasına, yerləşməsinə və digər xüsusiyyətlərinə görə oxşar ola bilər, amma onların dəyəri arasında kifayət qədər böyük fərq yarana bilər. Qiymətləndirmədə elə elementlər var ki, onlar mütləq ekspert yanaşması ilə nəzərə alınmalıdır".

Ekspert hesab edir ki, süni intellektdən istifadə ilə yanaşı, Bakı şəhərinin və ümumilikdə Azərbaycanın daşınmaz əmlak bazarının zonalaşdırılması da həyata keçirilməlidir. Bu gün Bakı şəhərində hətta bir-iki kilometr uzunluğunda olan eyni küçənin bir başı ilə digər başı, hətta küçənin sağ və sol tərəfi arasında belə kəskin qiymət fərqləri mövcuddur. Süni intellektə təqdim olunan məlumatların ən azı 90 faiz dəqiqliklə olması təmin edilməlidir. Bu şərt yerinə yetirildikdən sonra süni intellekt vasitəsilə təxminən 80-90 faiz dəqiqliklə əmlakın qiymətini müəyyənləşdirmək mümkün ola bilər. Süni intellekt qiymətləndiricini əvəz etməməli, əksinə, qiymətləndiricinin işini daha səmərəli həyata keçirməsinə kömək etməlidir.

Ramil Osmanlı qeyd edib ki, dövlət qurumlarının əsas vəzifəsi süni intellektdən istifadə etməklə qiymətləndiriciləri sıradan çıxarmaq deyil, bu texnologiya ilə işləyə bilən peşəkar qiymətləndiricilərin hazırlanmasına dəstək vermək olmalıdır. Azərbaycanda çoxsaylı qiymətləndiricinin fəaliyyəti dövlət qurumlarının süni intellekt əsaslı sistemlərdən istifadə etməsi nəticəsində məhdudlaşarsa, bu, iş yerlərinin azalmasına səbəb ola bilər.

"Süni intellekt nə qədər dəqiq informasiya ilə təmin olunsa belə, qiymətləndiricini əvəz edə bilməz. Süni intellekt Azərbaycan bazarını Azərbaycanda fəaliyyət göstərən ekspert qədər dəqiq bilməz. Bu gün süni intellekt texnologiyalarını yaradan ölkələrdə belə qiymətləndirmə sektoru sürətlə inkişaf edir və dövlət tərəfindən dəstəklənir. Məsələn, ABŞ-da və Böyük Britaniyada bu sahənin inkişafına xüsusi diqqət yetirilir", - deyə ekspert bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 107   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Cəbrayılda mina partlayışı: Xəsarət alan var

İşğaldan azad edilmiş Cəbrayıl rayonu, Dağmaşanlı kəndi ərazisində 2026-cı il oktyabrın 8-də mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. 200-ci il təvəllüdlü Cəbrayı

8 oktyabr
.

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib və çıxış edib. Sammitdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Sabah bəzi rayonlara dolu düşəcək, leysan yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, axşam yarımadanın ayrı-ayrı yerlərind

8 oktyabr
.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

7 oktyabr
.

98 saylı bağçada azyaşlı ilə bağlı ŞOK İDDİA - araşdırma başladı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda 98 saylı uşaq bağçasında baş verdiyi bildirilən hadisə ciddi suallar yaradıb. Bağçaya gedən azyaşlının qanında psixotrop maddənin aşkarlanması ilə bağlı iddia araşdırmaya səbəb olub. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb və bağçanın fəaliyyətində bir sıra nöqsanla

8 oktyabr
.

Səbuhi Əliyevə vəzifə verildi - Dosye

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa

8 oktyabr
.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"nun məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş. Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaş

8 oktyabr