"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər..."

"Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...""Bakıda sinif yoldaşını qətlə yetirməkdə təqsirləndirilən yeniyetməni məsuliyyətdən yayındırmaq istəyirlər".

Sonxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında qətlə yetirilən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev deyib.

O iddia edib ki, qətli törətməkdə şübhəli bilinən A.Hüseynovun yaxınları onun ruhi xəstə olması barədə saxta sənəd hazırlatmağa çalışırlar: "Bu hadisə bilərəkdən törədilib. Hadisədən bir həftə əvvəl həmin yeniyetmə məktəbin 11-ci sinif şagirdləri ilə dalaşıb və onların üzərinə qayçı ilə hücum edib. Məktəbin direktoru həmin uşağı və onunla mübahisə edən iki 11-ci sinif şagirdini məktəbə buraxmır.

Sonuncu hadisə isə oktyabrın 5-i günorta saatlarında baş verib. Həmin gün qardaşım oğlu dərsdə olub. Bu oğlan ona zəng vurub məktəbin arxasına çağırıb və "səninlə işim var" deyib. Qardaşım oğlu dərsdən çıxıb onun dediyi yerə gəlib.

Məktəbin arxasına çatanda həmin oğlan qardaşım oğluna deyib ki, guya iki gün əvvəl ona gülüb. Elə bunu deyən kimi də uşağı bıçaqlayıb. Uşaq xəstəxanada dünyasını dəyişib.

Bizim başımızın hüzrə qarışmasından istifadə edib işi həll etmək, uşağı məsuliyyətdən yayındırmaq istəyirlər. Aldığımız məlumata görə, hazırda uşağın anlaqsız olması barədə sənəd hazırlatdırırlar ki, onu məsuliyyətdən azad etsinlər. Bu üsulla bizim uşağın qanını batırmaq istəyirlər. Cinayəti törədən uşağın anası deyir ki, məsələni ört-basdır edəcəklər".

Z.Ağayev bildirib ki, ailə bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından yardım istəyir və hadisənin obyektiv araşdırılmasını xahiş edir.

Qeyd edək ki, Bakının Nizami rayonunda orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan şagird sinif yoldaşını bıçaqlayaraq öldürüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 340   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azər Aydəmirə yeni vəzifə verildi

Aktyor Azər Aydəmirə yeni vəzifə verilib. OLAY yazır ki, aktyor Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilib. Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi ilə bağlı protokollaşdırılan və təsdi

7 oktyabr
.

Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı

Sumqayıt şəhərində məktəbli oğlan bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə dünən Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun ətrafındakı parkda baş verib. Sumqayıt şəhər sakini, 2011-ci il təvəllüdlü T.Ə. bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərl

8 oktyabr
.

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var

7 oktyabr
.

Səidə Sultandan hakimə sərt çağırış: "Camaatın balalarını bədbəxt etməyin" - VİDEO

Səidə Sultan uzun fasilədən sonra sosial media paylaşımı edib. "Yeni Sabah" xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Bakıda 4 uşaq atasının hamilə iti döyərək balkondan aşağı atması və öldürməsinə münasibət bildirib. Səidə Sultan hadisə ilə bağlı vətəndaşa 25 sutka inzibati həbs cəzası verilməsin

7 oktyabr
.

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov geniş müsahibəsində maraqlı açıqlamalar verib. Qaynarinfo -a istinadla xəbər verir ki, o , Ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetləri

8 oktyabr
.

Üç gündür susuz qalan altı rayona qurumdan cavab: "Sistemin bərpası zaman tələb edir"

Oktyabrın 6-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacağı barədə məlumat verilmişdi. Suyun verilişini

8 oktyabr
.

Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil almaq istəyənlər üçün əsas suallardan biri yalnız qiymətin nə qədər olması deyil, hansı ərazidən ev almağın daha sərfəli olmasıdır. Eyni büdcə ilə şəhərin müxtəlif ərazilərində həm mənzilin sahəsi, həm nəqliyyat imkanları, həm də gələcəkdə həmin əmlakın dəyərinin artması baxımından cidd

8 oktyabr
.

Qarabağda 16 nəfərə aid insan qalıqları aşkarlandı

Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da təşkil olunan paneld

8 oktyabr
.

Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video

Ukraynadan İtaliyaya taxıl daşıyan "Royad Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalmasının anbaan görüntüləri yayılıb. həmin görüntüləri təqdim edir:. Xatırladaq ki, hücum nəticəsində gəminin kapitanı Rüstəm Həsənov həlak olub və aşpaz Məhəmməd Süleymanzadə isə itkin düşüb. Həmçinin on

7 oktyabr