Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarOktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, MDB Ölkələrinin Milli Kulinariya Festivalı Türkmənistanın 2026-cı ildə bu quruma sədrliyi ilə bağlı təşkil etdiyi tədbirlər çərçivəsində keçirilir.

Festivalda səkkiz ölkə təmsil olunur.

Azərbaycanın Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə festival məkanında iki hissədən ibarət milli pavilyonumuz qurulub. Pavilyonun kulinariya hissəsində Azərbaycanın milli mətbəxi və zəngin qastronomiya ənənələri təqdim olunur. Burada ölkəmizin müxtəlif regionlarına xas yerli bitki, meyvə, taxıl, çərəz və digər məhsullar, eyni zamanda, Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunmuş çay mədəniyyəti ənənəsi ziyarətçilərə nümayiş etdirilir.

Pavilyonun ikinci hissəsində isə xalçaçılıq, kəlağayı, misgərlik, ağac üzərində oyma və keramika sənəti təqdim olunur. Bu hissədə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası əsasında XIX əsr Qarabağ evinin interyeri də canlandırılıb.

Pavilyonda, həmçinin azyaşlı xanəndələrin ifasında Azərbaycan musiqisinin, o cümlədən muğam nümunələri səsləndirilib.

***

Bu gün, həmçinin Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun adından rəsmi qəbul verilib və konsert proqramı təşkil olunub.

Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - FotolarŞəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 180   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. AZƏRTAC-a istinadən xəbər veri

6 oktyabr
.

İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb: "B

8 oktyabr
.

"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya

"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkild

7 oktyabr
.

Prezidentin Türkmənistan səfərindən - Görüntülər - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:

8 oktyabr
.

İlham Əliyev Vladimir Putinə zəng etdi

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı İlham Əliyev Prezident Vladimir Putini ad gün

7 oktyabr
.

İlham Əliyev: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

"Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə bildirib. Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan enerji resurslarının Mərkəzi Asiyada

8 oktyabr
.

HƏMAS terror təşkilatının İsrailə hücumundan 3 il ötür

Bu gün - 7 oktyabr 2026-cı il - HƏMAS terror təşkilatının 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi hücumdan üç il ötür. Həmin gün İsrailin cənubuna təşkil edilən hücum nəticəsində təxminən 1 200 nəfər öldürülüb, 251 nəfər isə girov götürülüb. Hadisə İsrail tarixinin ən ağır günlərindən bir

7 oktyabr
.

Azərbaycanın Məşvərət görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - Birgə Bəyanat - Video

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir. "Report"a istinadən xəbər verir ki, bu barədə oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün yekunu olaraq imzalanan Birgə Bəyanatda deyilir. Sənəddə eləc

8 oktyabr
.

İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video

Xəbər verdiyimiz kimi, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev görüşdən sonra baş tutan konsert proqramında iştirak edib. Həmin görüntüləri təqdi

8 oktyabr