Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - Foto
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhnə Məhəlləsindəki (Old Quarter) XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Vyetnam irsinə aid əl işləri haqqında məlumat verildi.
Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə baxdılar.
Sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti (Ca Trù) nümayiş etdirildi. Bu, qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin və barabanın müşayiətini özündə birləşdirir.
Daha sonra Vyetnamın rəmzi milli geyimi (Áo Dài) nümayiş olundu. Ənənəvi ipək parçalardan hazırlanmış, naxış və işləmələrlə bəzədilmiş milli geyimlər Vyetnamın müxtəlif dövrlərini əhatə edir.
Sonda Azərbaycanın birinci xanımına Vyetnam kalliqrafiya sənəti nümunəsi təqdim olundu.











Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 158 Tarix: 21 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Vyetnam arasında əməkdaşlıq daha da genişlənəcəkdir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Azərbaycanla Vyetnamı min kilometrlərlə məsafə ayırır. Bun
20 noyabrKəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır
Kəlbəcər rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvafiq olaraq Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarıldı və bu olduqca böyük uğurdur v
21 noyabrTəbiətin möcüzəsi - Kəlbəcər azaddır
İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildird
21 noyabr"Vyetnamın 2020-ci ildəki dəstəyinə görə minnətdarıq"
"Azərbaycanla Vyetnam beynəlxalq strukturlar çərçivəsində də fəal əməkdaşlıq edirlər. BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezident
21 noyabrAzərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna
20 noyabrİki ölkə arasında iqtisadi münasibətlər yeni mərhələdə
Vyetnamın iqtisadi gücü, sənaye və istehsal potensialı, Azərbaycanın enerji resursları, tranzit imkanları və əlverişli coğrafi mövqeyi qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi zəmin yaradır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında iqtisad
20 noyabrPrezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Dövlət başçısı həmçinin "Azərbaycan Respublikas
17 noyabr