Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü
"Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın inkişafı, qarşılıqlı əlaqələrin genişləndirilməsi və gələcək birgə layihələr barədə fikirlərini bildirib". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, prezident İlham Əliyev qeyd edib ki, ötən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olub: "Bu tarixi qərarın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin daha da möhkəmlənməsinə yeni imkanlar yaratdığı vurğulanıb. Dövlət başçısı Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsündə Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun xüsusi rolunu qeyd edib.
Çıxış zamanı Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyi bildirilib. Həmçinin Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə məscidin tikilməsi iki xalq arasında dostluğun və mənəvi yaxınlığın mühüm nümunəsi kimi qiymətləndirilib.
Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyi də xüsusi qeyd edib. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi qardaş ölkələrin Azərbaycana həmrəyliyinin göstəricisi kimi dəyərləndirilib.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi, iqtisadi və ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə genişləndiyi diqqətə çatdırılıb. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artdığı, ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərdiyi bildirilib. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradaraq iqtisadi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub.
Görüşdə nəqliyyat və logistika sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Xəzər dənizi, nəqliyyat infrastrukturu və Orta Dəhliz Azərbaycanla Mərkəzi Asiyanı beynəlxalq bazarlarla birləşdirən mühüm vasitələr kimi qeyd edilib. Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması bu marşrutun beynəlxalq əhəmiyyətinin getdikcə yüksəldiyini göstərir.
Energetika sahəsində əməkdaşlığın da genişləndirildiyi bildirilib. Azərbaycanın Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm tranzit rolunu oynadığı, Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəql edildiyi qeyd olunub. Bundan əlavə, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji və yaşıl enerji dəhlizinin yaradılması istiqamətində əməkdaşlıq davam etdirilir.
Görüş çərçivəsində müxtəlif sənədlərin imzalanması Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İmzalanan sənədlər qarşılıqlı əlaqələrin yeni istiqamətlər üzrə genişləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə xidmət edir.
Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın genişlənməsi regionda iqtisadi inkişafın, nəqliyyat əlaqələrinin, enerji təhlükəsizliyinin və qarşılıqlı siyasi etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq formatı gələcəkdə də ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da güclənməsinə xidmət edəcək".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Mehriban Rəhimliyə hökm oxundu
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi