Bağçada psixotrop maddə qalmaqalı: Valideynlər hansı addımları atmalıdır?

Bağçada psixotrop maddə qalmaqalı: Valideynlər hansı addımları atmalıdır?Uşağın qanında psixotrop maddənin aşkarlanması və bu hadisə ilə əlaqədar bağça müdirinin işdən çıxarılması uşaqların təhlükəsizliyi, məktəbəqədər təhsil müəssisələrində nəzarət mexanizmləri və məsul şəxslərin hüquqi öhdəlikləri ilə bağlı ciddi suallar doğurur. Belə hallarda hadisənin hansı şəraitdə baş verdiyinin müəyyənləşdirilməsi, müəssisə rəhbərliyinin fəaliyyətinin araşdırılması və valideynlərin hüquqlarının qorunması xüsusi əhəmiyyət daşıyır.

Bəs, uşağın qanında psixotrop maddənin aşkarlanması ilə bağlı hadisənin bağçada baş verdiyi təsdiqlənərsə, müəssisə rəhbərini və digər məsul şəxsləri hansı hüquqi məsuliyyət gözləyə bilər və valideynlər öz hüquqlarını qorumaq üçün hansı addımları ata bilərlər?
Bağçada psixotrop maddə qalmaqalı: Valideynlər hansı addımları atmalıdır?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Elvin Əliyev bildirib ki, uşağın qanında psixotrop maddənin aşkarlanması və həmin maddənin bağçada uşağın orqanizminə daxil olduğunun təsdiqlənməsi halında bir neçə istiqamət üzrə hüquqi məsuliyyət yarana bilər.

"Lakin hər bir şəxsin məsuliyyəti onun konkret hərəkəti və ya hərəkətsizliyi, təqsiri və hadisə ilə səbəbli əlaqəsi əsasında müəyyən edilməlidir. Bağça rəhbərinin və ya digər əməkdaşın uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı vəzifələrini pozması əmək intizamının pozulması kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək vəzifələrinin kobud şəkildə pozulması əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilər. Bu baxımdan, direktorun işdən azad edilməsi əmək-hüquqi məsuliyyət tədbiri kimi tətbiq oluna bilər. Lakin direktorun işdən çıxarılması onun avtomatik olaraq cinayət törətdiyi anlamına gəlmir. Uşaqların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, konkret hüquqpozmanın tərkibi olduğu halda, İnzibati Xətalar Məcəlləsi üzrə məsuliyyət yarada bilər. Bu, cərimə və qanunvericilikdə nəzərdə tutulan digər inzibati tədbirlər formasında ola bilər. Konkret hüquqi normanın tətbiqi müəyyən edilmiş pozuntunun xarakterindən asılıdır".

Vəkil bildirib ki, əgər direktor və ya digər vəzifəli şəxs öz vəzifələrini səhlənkarlıqla yerinə yetirib və nəticədə uşağın sağlamlığına qanunda nəzərdə tutulan ağır zərər dəyibsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsi - səhlənkarlıq üzrə məsuliyyət məsələsi araşdırıla bilər:

"Psixotrop maddənin uşağa qəsdən verilməsi, satılması və ya onun qanunsuz dövriyyəsi müəyyən edilərsə, Cinayət Məcəlləsinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair müddəaları tətbiq oluna bilər. Yetkinlik yaşına çatmayan şəxslə bağlı bu cür əməllər qanunvericilikdə daha ağır məsuliyyət yaradan hallar kimi nəzərdə tutula bilər. Uşağın sağlamlığına zərər dəydiyi sübuta yetirilərsə, müalicə və digər zəruri xərclərin, eləcə də qanunvericiliyin imkan verdiyi hallarda digər maddi və mənəvi zərərin ödənilməsi tələb oluna bilər. Zərərin müəssisə əməkdaşının əmək vəzifələrini yerinə yetirərkən törətdiyi təqsirli hərəkət nəticəsində yarandığı müəyyən edilərsə, müəssisənin mülki məsuliyyəti məsələsi də gündəmə gələ bilər".

Onun sözlərinə görə, valideynlər uşağın tibbi müayinəsinin və laborator analizlərinin nəticələrini əldə etmək, hadisənin rəsmi araşdırılmasını tələb etmək, mövcud video görüntülərin və digər sübutların qorunmasını istəmək, həmçinin hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına müraciət etmək hüququna malikdirlər:

"Hadisənin bağçada baş verdiyinə dair əsaslı şübhə varsa, araşdırma yalnız direktorun işdən çıxarılması ilə yekunlaşmamalıdır. Psixotrop maddənin uşağın orqanizminə hansı şəraitdə daxil olduğu və konkret şəxslərin hansı hüquqi məsuliyyət daşıdığı rəsmi araşdırma nəticəsində müəyyən edilməlidir. Belə hadisələrdə əmək, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət məsələləri eyni vaxtda yarana bilər. Bununla belə, məsuliyyətin növü və konkret şəxsin məsuliyyətə cəlb edilməsi onun təqsiri, vəzifələri, hərəkəti və ya hərəkətsizliyi, eləcə də baş vermiş nəticə ilə səbəbli əlaqə müəyyən edildikdən sonra həll olunmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 197   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba

15 oktyabr
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

16 oktyabr
.

Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı

Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların

14 oktyabr
.

Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq

Parlament Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, küləkli hava şəraitində işçilərin işləməsi yeni qaydalarla tənzimlənəcək. Belə ki, işçilər küləkli havada açıq şəraitl

16 oktyabr
.

Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"

16 oktyabr
.

Əhalinin son sayı - Açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10279796 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 0 oktyabr 2026-cı ilədə

16 oktyabr
.

Məktəblərdə vahid geyim: Dünyəvilik və sosial bərabərlik məsələsi

"Bu gün cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biri də məktəblərdə vahid forma məsələsidir. İlk növbədə, dünyəvi dövlət anlayışı dövlət müəssisələrinin və təsisatlarının da dünyəviliyini nəzərdə tutur. Dünyəvilik dövlətin bütün sosial institutlarını əhatə edən anlayışdır. Əgər Konstitusiyamızd

15 oktyabr
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14 oktyabr
.

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə

16 oktyabr