BU, VƏFAT EDƏN HƏR 3 NƏFƏRDƏN BİRİNƏ QİSMƏT OLMUR... - Azərbaycanda pensiya yaşı azaldıla bilər?

BU, VƏFAT EDƏN HƏR 3 NƏFƏRDƏN BİRİNƏ QİSMƏT OLMUR... - Azərbaycanda pensiya yaşı azaldıla bilər?Ötən il Azərbaycanda 59 min 834 nəfər vəfat edib. Onların 37,4 faizi və ya 22 min 361 nəfəri 65 yaşına çatmadan dünyasını dəyişib. Başqa sözlə, ölkədə vəfat edən hər üç nəfərdən birindən çoxu hazırkı pensiya yaşına çatmağa macal tapmayıb.

"AzPolitika" açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, pensiya yaşına çatmadan vəfat edənlər arasında kişilərin xüsusi çəkisi daha yüksək olub. Belə ki, il ərzində dünyasını dəyişən kişilərin 45,2 faizi və ya 14 min 782 nəfəri 65 yaşına çatmadan vəfat edib. Qadınlarda isə bu göstərici 17,9 faiz təşkil edib. Başqa sözlə, pensiya yaşına çatmadan vəfat edən qadınların sayı 7 min 579 nəfər olub.

Digər tərəfdən, Azərbaycanda yaşa görə pensiya alanların sayı da son 15 ildə əhəmiyyətli dərəcədə azalıb. 2010-cu ildə 858 min 659 nəfər yaşa görə əmək pensiyası alırdısa, 2025-ci ildə bu rəqəm 712 min 700 nəfərə düşüb.

Beləliklə, təxminən 15 il ərzində yaşa görə pensiya alanların sayı 146 min nəfərdən çox və ya 17 faiz azalıb.

İllər üzrə yaşa görə pensiya alanların sayı belə olub:

2010 - 858 659 nəfər;
2011 - 831 122 nəfər;
2012 - 812 771 nəfər;
2013 - 800 547 nəfər;
2014 - 791 263 nəfər;
2015 - 785 068 nəfər;
2016 - 781 238 nəfər;
2017 - 781 957 nəfər;
2018 - 778 057 nəfər;
2019 - 756 136 nəfər;
2020 - 742 034 nəfər;
2021 - 716 222 nəfər;
2022 - 707 001 nəfər;
2023 - 696 266 nəfər;
2024 - 706,2 min nəfər;
2025 - 712,7 min nəfər.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda kişilər 62, qadınlar isə 57 yaşına çatdıqda və azı 12 il sığorta stajına malik olduqda yaşa görə əmək pensiyası hüququ əldə edirdilər. Lakin sonrakı illərdə pensiya yaşının mərhələli şəkildə artırılmasına başlanılıb. Belə ki, kişilərin pensiya yaşı 2010-cu il yanvarın 1-dən 2012-ci il yanvarın 1-dək, qadınların pensiya yaşı isə 2010-cu il yanvarın 1-dən 2016-cı il yanvarın 1-dək hər il altı ay artırılıb. Daha sonra kişilər üzrə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınlar üzrə isə 2017-ci il iyulun 1-dən 2026-cı il iyulun 1-dək hər il altı aylıq artım tətbiq edilib. Nəticədə son 16 ildə kişilərin pensiya yaşı 62-dən 65-ə, qadınların pensiya yaşı isə 57-dən 65-ə çatdırılıb.

Bəs pensiya yaşına çatmadan vəfat edənlərin sayının çoxluğu və yaşa görə pensiya alanların sayında müşahidə olunan azalma fonunda Azərbaycanda pensiya yaşının aşağı salınması mümkündürmü?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli "AzPolitika"ya açıqlamasında bildirib ki, Azərbaycanda gələcəkdə pensiya yaşının azaldılması mümkün olsa da, yaxın perspektivdə belə bir qərarın qəbul olunacağı gözlənilmir: "Çünki pensiya yaşının müəyyənləşdirilməsi təkcə sosial məsələ deyil, həm də dövlətin maliyyə imkanları, əmək bazarındakı vəziyyət və pensiya sisteminin dayanıqlılığı ilə bağlıdır. Pensiya alanların sayının azalması və pensiya yaşına çatmadan vəfat edənlərin çox olması isə bu məsələyə yenidən baxılmasını zəruri edən ciddi sosial göstəricilərdir".

"Digər tərəfdən, insanların orta ömür uzunluğu, sağlamlıq vəziyyəti və əmək qabiliyyətini qoruyub saxlamaq imkanları da nəzərə alınmalıdır. İnsanların bir qismi pensiya yaşına yaxınlaşanda artıq əvvəlki fiziki gücə malik olmur. Xüsusilə ağır və zərərli əmək şəraitində çalışanlar üçün mövcud yaş həddi ciddi problem yaradır. Bu baxımdan, pensiya yaşının hamı üçün eyni qaydada müəyyənləşdirilməsi nə dərəcədə ədalətlidir?" - deyə o qeyd edib.

İqtisadçı gələcəkdə pensiya yaşının ümumi şəkildə azaldılmasından daha çox, müəyyən peşə və sosial qruplar üzrə güzəştlərin genişləndirilməsinin real göründüyünü deyib: "Xüsusilə ağır əmək şəraitində çalışanların, sağlamlıq imkanları məhdudlaşan şəxslərin və uzun müddət əmək fəaliyyəti ilə məşğul olan insanların daha erkən pensiyaya çıxması üçün mexanizmlər nəzərdən keçirilə bilər. Əsas məqsəd insanların pensiya hüququndan faktiki olaraq yararlana bilməsini təmin etmək olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 145   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

BU, VƏFAT EDƏN HƏR 3 NƏFƏRDƏN BİRİNƏ QİSMƏT OLMUR... - Azərbaycanda pensiya yaşı azaldıla bilər?

Ötən il Azərbaycanda 59 min 834 nəfər vəfat edib. Onların 37,4 faizi və ya 22 min 361 nəfəri 65 yaşına çatmadan dünyasını dəyişib. Başqa sözlə, ölkədə vəfat edən hər üç nəfərdən birindən çoxu hazırkı pensiya yaşına çatmağa macal tapmayıb. "AzPolitika" açıqlanan rəsmi məlumatlara istinadən xəbə

29 noyabr
.

Vəkil: Konstitusiya Məhkəməsinin addəyişmə haqqında qərarı şəxsi həyatın toxunulmazlığı baxımından əhəmiyyətlidir

Konstitusiya Məhkəməsinin şəxs adlarının bir neçə dəfə dəyişə bilməsi ilə bağlı qərarına səbəb vətəndaşın üzləşdiyi problem olub. Bu sözləri "Report"a açıqlamasında vəkil Elvin Əliyev Konstitusiya Məhkəməsi Plenumunun iclasında şəxs adlarının bir neçə dəfə dəyişdirilməsi ilə bağlı qərarın

28 noyabr
.

KÜLƏK SƏNGİYİR, BƏS QIŞ NECƏ KEÇƏCƏK? - Dekabrın hava proqnozu açıqlandı

Azərbaycanda müşahidə olunan güclü külək hava şəraitinə və gündəlik həyata təsirsiz ötüşməyə bilər. Milli Hidrometeorologiya Xidməti küləyin sürətinin təhlükəli həddə çatacağı ilə bağlı sarı və narıncı xəbərdarlıqlar edib, bəzi ərazilərdə mümkün fəsadlara diqqət çəkib. Bəs güclü külək nə vaxta qədə

29 noyabr
.

İslam Rzayevlə bağlı qərar verildi

Balakən Rayon İcra Hakimiyyətinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq başçısı İslam Rzayevin məhkəməsi başlayıb. -ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaliq İbrahimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib

27 noyabr
.

Bu tarixdə ətin qiyməti BAHALAŞACAQ - QİYMƏT

Azərbaycanda qoyun və keçilərin sayının 6,73 milyon başa enərək son 23 ilin minimumuna düşməsi ölkənin ət bazarında həm qoyun, həm də mal ətinin bahalaşması üçün birbaşa zəmin yaradır. Yerli istehsalın azalması fonunda alıcıların alternativ kimi mal ətinə üstünlük verməsi bu seqmentdə də tələbi artırara

29 noyabr
.

Qaradağda palçıq vulkanı püskürdü: Ətraf mühitə hansı zərərləri vura bilər? - AÇIQLAMA

Noyabrın 25-də Bakının Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, hadisə təxminən 15 dəqiqə davam edib. Palçıq vulkanlarının püskürməsi zamanı yer səthinə qazlar, minerallaşmış sular, neft qarışıqlı lilli palçıq və digər maddələ

27 noyabr
.

Torpaq bazarında süni qiymət artımı: Alıcılar nəyə diqqət etməlidir? - AÇIQLAMA

Şəhərlərdə həyata keçirilən yeni tikinti və infrastruktur layihələri ətraf ərazilərdə torpaqların bazar dəyərinə birbaşa təsir göstərə bilir. Yeni yolların, metro stansiyalarının, yaşayış komplekslərinin, məktəb və digər sosial obyektlərin inşası bəzi ərazilərə marağı artıraraq torpaq qiymətlərinin yüksəlməsin

27 noyabr
.

Vilyam Hacıyev azadlığa buraxıldı

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb. "Qafqazinfo"nun məlumatına görə, yerli məhkəmə belə qərar çıxarıb. O, cəzasının qalan hissəsindən şərti olaraq azad edilib. Məhkəmə məhkumun cəzasının bitməsinə 1 ildən bir az artıq vaxt qalmasını, cəzaçəkmə müəssisəsinin müsbə

27 noyabr
.

Ekspert: Mənzil təminatında əsas hədəf əlçatanlıqdır

Azərbaycanda mənzil fondunun vəziyyətini yalnız yaşayış sahələrinin ümumi həcmi və tikinti göstəriciləri ilə qiymətləndirmək düzgün olmazdı. Mənzil təminatı ölkənin sosial-iqtisadi inkişafını, əhalinin həyat keyfiyyətini və sosial rifahını müəyyən edən mühüm göstəricilərdən biridir. Bu baxımdan mənzi

27 noyabr