AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq mövqeyini bir daha möhkəmlədib
Bakıın ev sahibliyi etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı Azərbaycanın çoxtərəfli diplomatiyasının mühüm hadisələrindən biri olmaqla, Asiyada dialoqun, qarşılıqlı etimadın və regional əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Beynəlxalq münasibətlərdə geosiyasi gərginliyin artdığı, münaqişələrin və təhlükəsizlik çağırışlarının dərinləşdiyi bir şəraitdə Sammit üzv dövlətlər arasında fikir mübadiləsi və ortaq yanaşmaların müəyyənləşdirilməsi üçün mühüm platforma rolunu oynayır. Müxtəlif siyasi mövqelərə malik dövlətləri bir araya gətirən AQEM çərçivəsində yüksək səviyyəli dialoqun təşviqi Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfənin növbəti təzahürüdür.
Azərbaycanın 2024-2026-cı illərdə "Daha güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf" şüarı altında həyata keçirdiyi sədrliyi təşkilatın institusional inkişafına və fəaliyyətinin genişləndirilməsinə mühüm töhfələr verib Qadınlar Şurasının və Maliyyə Sammitinin yaradılması, Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, eləcə də gənclər, biznes dairələri, beyin mərkəzləri, media və nəqliyyat sahələrində əməkdaşlığın təşviqi sədrliyin əsas nailiyyətləri sırasındadır. AQEM-in İmtiyazlar və İmmunitetlər haqqında Konvensiyasının qüvvəyə minməsi üçün zəruri ratifikasiya şərtinin təmin edilməsi də təşkilatın beynəlxalq hüquqi statusunun möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, dövlətimizin başçısı bununla bağlı deyib: "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunub. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovaraq etnik təmizləmə həyata keçirib və Azərbaycana qarşı hərbi təcavüz edib. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı.
Qeyd edilib ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatları nəticəsində azərbaycanlı hərbçilər həlak olublar. Bununla da, Azərbaycan xalqının səbri tükənmişdir. 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib və 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.
Laosun AQEM-ə yeni üzv kimi qəbul edilməsi də təşkilatın əhatə dairəsinin genişlənməsi baxımından diqqətəlayiq hadisədir. Bununla yanaşı, Sammitin nəticələri yalnız qəbul edilən sənədlərlə deyil, həm də üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi və əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə qiymətləndiriləcək.
Bakının Zirvə Toplantısına ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır. Ölkəmizin sədrliyi dövründə irəli sürülən təşəbbüslər AQEM-in institusional imkanlarının genişləndirilməsinə, daha inklüziv və nəticəyönümlü platformaya çevrilməsinə xidmət edib.
Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video