Məktəblərdə təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERTDƏN VACİB AÇIQLAMA
Məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təşkili, mühafizə xidmətinin fəaliyyəti və media nümayəndələrinin peşə fəaliyyətinə maneələrin qarşısının alınması məsələlərini gündəmə gətirir. Təhsil müəssisələrində şagirdlərin və əməkdaşların təhlükəsizliyi ilə yanaşı, ictimai əhəmiyyət daşıyan hadisələrin işıqlandırılması zamanı jurnalistlərin hüquqlarının qorunması da vacibdir. Belə hallarda məktəb rəhbərliyinin, mühafizə xidmətinin və aidiyyəti qurumların məsuliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Bəs, məktəb ərazisində jurnalistlərin fiziki zorakılığa məruz qalması təhsil müəssisələrində təhlükəsizlik sistemində hansı boşluqları üzə çıxarır? Belə halların qarşısını almaq, jurnalistlərin peşə fəaliyyətini və hüquqlarını qorumaq üçün hansı tədbirlər görülməlidir və məktəblərdə mühafizə sistemi necə təşkil olunmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, təhsil müəssisələrində təhlükəsizliyin təmin olunması üçün giriş-çıxışa nəzarət, hazırlıqlı mühafizə heyəti və operativ reaksiya sistemi təşkil edilməlidir.
"Şagirdlərin, müəllimlərin və ziyarətçilərin təhlükəsizliyi üçün məsul şəxslər və davranış qaydaları əvvəlcədən müəyyənləşdirilməlidir. "Təhsil haqqında" Qanunun 32.3.10-cu maddəsi də təhsilalanların həyat və sağlamlığı üçün təhlükəsiz təhsil şəraiti ilə təmin olunmaq hüququnu təsbit edir. Məktəblərdə təhlükəsizliklə bağlı boşluqların müəyyənləşdirilməsi üçün nəzarətsiz girişlər, ziyarətçilərin qeydiyyatsız və müşayiətsiz hərəkəti, mühafizəçilərin hazırlıq səviyyəsi və fövqəladə vəziyyət zamanı məlumatlandırma qaydaları yoxlanılmalıdır. Təhlükəsizlik kameralarının işləkliyi və təhlükə aşkarlandıqda müdaxilə mexanizmi də qiymətləndirilməlidir. Bu məsələlər hər məktəbin risklərinə uyğun araşdırılmalıdır".
Ekspert bildirib ki, valideynlər və xidmət göstərən şəxslər də daxil olmaqla, ziyarətçilərin kimliyi və gəliş məqsədi yoxlanılmalı, giriş-çıxışları qeydə alınmalı, məktəbdə hərəkətləri nəzarətdə saxlanılmalıdır:
"Mühafizə heyətinə münaqişələri sakitləşdirmək, təhlükə barədə məlumat vermək və fövqəladə vəziyyətdə düzgün hərəkət etmək üzrə praktiki hazırlıq keçirilməlidir. Özəl mühafizə xidməti cəlb edilirsə, xidmət göstərən qurumun lisenziyası və mühafizəçilərin xüsusi hazırlığı yoxlanılmalıdır. Bununla yanaşı, təxliyə çıxışları maneəsiz saxlanılmalı, yanğın zamanı davranış və təxliyə üzrə praktiki məşqlər keçirilməlidir. Girişə nəzarət insanların təhlükəsiz şəkildə çıxmasına mane olmamalıdır. Məktəblərdə bullinq və zorakılıq halları barədə təhlükəsiz müraciət kanallarının yaradılması da vacibdir. Məktəb rəhbərliyi görüləcək tədbirlər üzrə məsul şəxsləri və icra müddətlərini müəyyən etməli, təhlükəsizlik tədbirlərinin nəticələrini müntəzəm yoxlamalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Qızıl və gümüş ucuzlaşdı
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto
Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Məşhur brendlər satıldıqdan sonra niyə keyfiyyətini itirir? - İQTİSADÇIDAN AÇIQLAMA
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Kartofda normadan artıq gübrə təhlükəsi: İstehlakçılar necə qorunmalıdır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA