8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir

8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir8 Noyabr zəfəri yalnız müasir dövrümüzün deyil, bütün dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir. Bizə bu zəfəri yaşadan Azərbaycan xalqının Prezidenti, Silahlı Qüvvələrimiz, şəhid və qazilərimiz, xalqımızın birliyi və həmrəyliyi olub. 8 Noyabr zəfərini təmin edən milli birlik və həmrəyliyimizin bundan sonra da qorunub saxlanılması həyati əhəmiyyət kəsb edir:
44 günlük Vətən müharibəsində fərqli dini inanclara malik olan, müxtəlif etnik qrupları təmsil edən vətəndaşlarımız azərbaycanlılarla birlikdə erməni faşizminə qarşı fədakarcasına mübarizə aparıb, tarixi qələbəmizə böyük töhfə veriblər. Lakin bu gün görürük ki, xalqımızın birliyi, həmrəyliyi bəzi kənar qüvvələri narahat edir. Onlar Azərbaycandakı sabitiyi pozmağa, cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa çalışırlar. Bütün bu təxribatların qarşısını almaq üçün biz öz həmrıyliyimizi göz bəbəyi kimi qoruyub saxlamalı, Prezidentimizin ətrafında sıx birləşməkdə, Azərbaycanın maraq və mənafelərini bütün platformalarda qətiyyətlə müdafiə etməkdə davam etməliyik. Biz Prezidentimizin hər bir çağırışını dəstəkləməli, onun tövsiyyələrinə ciddi şəkildə əməl etməliyik. Unutmamalıyıq ki, əldə etdiyimiz qalibiyyətin baş memarı Müzəffər Ali Baş Komandanımızdır. Bu gün Azərbaycandakı sabitliyə, inkişaf və tərəqqiyə görə məhz ona borcluyuq.
Biz bundan sonra da cəmiyyətimizdəki əmin-amanlığı qorumaq, dinamik inişafımızı təmin etmək, yeni nailiyyətlər əldə etmək istəyiriksə, Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezidentimizi qorumalı, ona dəstək verməli, hər addımda Müzəffər Ali Baş Komandanımızla həmrəy olduğumuzu nümayiş etdirməliyik. Bizim gələcək təhlükəsizliyimizin və inkişafımızın yeganə yolu məhz budur.

Cəlil Xəlilov - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik
8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 163   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz

29 oktyabr
.

Penitensiar xidmətin yeni rəisi kimdir? - Dosye

Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib. Sahib Rzayevin dosyesini təqdim edir:. Sahib Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-c

27 oktyabr
.

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

"İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib. Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırlada

27 oktyabr
.

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

Hər bir xalqın tarixi inkişafını səciyyələndirən mühüm amillərdən biri onun müxtəliflik daxilində bütövlüyünü qorumaq, tarixi yaddaşını ümumi milli mənafe ilə uzlaşdırmaq və cəmiyyətin gələcəyini vahid ideya ətrafında qurmaq qabiliyyətidir. Bu baxımdan milli ideologiya sadəcə keçmişin mənəvi dəyərlə

28 oktyabr
.

Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"

"İkili standartlar, həmçinin onunla bağlıdır ki, kimsə sizə həyat tərzi ilə bağlı dərs deməyə çalışır. Bunu etməzdən əvvəl siz güzgüyə baxmalısınız, özünüzdən soruşmalısınız ki, sizin kiməsə mühazirə vermək hüququnuz varmı. AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

27 oktyabr
.

Prezident İlham Əliyevin Qlobal Forumda mesajları

Qlobal miqyasda müharibələr sanki normaya çevrildiyi vaxtda sülh və təhlükəsizlik hesablamaları mürəkkəb geosiyasi tənliklərin həllini zəruri edir. Həll variantları tapmaq getdikcə daha da çətinləşir, çünki beynəlxalq nizamın yenidən qurulması daha ağrılı proseslərlə müşayiət olunur. Çünki geoiqtisad

28 oktyabr
.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərini əhat

28 oktyabr
.

Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

"Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları - azəərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VI

27 oktyabr
.

İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"

"Bu gün biz meydana çıxan yeni müharibələri görürük. Hər il demək olar ki, bunun şahidiyik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib. Müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsin

27 oktyabr