Xocalıda icazəsiz at çapanlar cərimələndilər
Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb.
Sonxeber.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb.
Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər. Onlar hərəsi bir ata minərək kənddə gəzməyə çıxıblar. Bu zaman heyvanların sahibi onları görərək niyə icazəsiz atlarını mindiklərini soruşub. Daha sonra tərəflər arasında mübahisə başlayıb. Heyvanların sahibi atlarının oğurlanması ilə bağlı polisə şikayət edib.
Polis əməkdaşları hadisə yerinə gələndə də həmin üç şəxs sərxoş halda nalayiq ifadələr işlədərək ictimai asayişi pozmağa davam ediblər. Buna görə də onlar saxlanılıb və barələrində müvafiq protokollar tərtib olunub.
Onların hər biri əməlindən peşman olduğunu deyərək barələrində yüngül cəza verilməsini istəyiblər.
Məhkəmə icazəsiz at sürən şəxslərin hər birini 150 manat məbləğində inzibati qaydada cərimələyib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 270 Tarix: 29 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza
18 oktyabrYağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, şimal-şərq küləyi əsəcəyi ehtimalı var
25 oktyabrGəncədə avtomobil qəzası: Bir nəfər ölüb
Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs
24 oktyabrKəlbəcərdə AĞIR QƏZA: Bir nəfər ölüb, bir nəfər yaralanıb
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib. Belə ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyev idarəetməni itirib, nəticədə "KİA"
29 oktyabr