Dünyanın ən bahalı tablosunun müəllifi Leonardo da Vinçi olmaya bilər
2017-ci ildə hərracda 450 milyon dollara satılan "Dünyanın xilaskarı" ("Salvator Mundi") tablosunun müəllifliyi ilə bağlı yeni iddia ortaya çıxıb. Süni intellekt əsərin məşhur italyan rəssamı Leonardo da Vinçi tərəfindən deyil, onun tələbələrindən biri tərəfindən çəkilmiş ola biləcəyini irəli sürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə UNIAN nəşri Polşanın Interia portalına istinadən məlumat yayıb.
Məlumata görə, Braziliyanın Luminari adlı süni intellekt sistemi əsəri təhlil edib və tablonun müəllifinin Covanni Antonio Boltraffio olması ehtimalını 81 faiz qiymətləndirib. Boltraffio Leonardo da Vinçinin tələbələrindən biri olub.
Əgər bu iddia təsdiqlənərsə, əsərin bazar dəyərinin hərracda ödənilən məbləğdən xeyli aşağı ola biləcəyi bildirilir. Lakin süni intellektin hansı meyarlar əsasında belə nəticəyə gəldiyi açıqlanmayıb.
Mütəxəssislər isə bu təhlilin müəllifliyi müəyyənləşdirmək üçün yetərli sübut olmadığını vurğulayırlar. Leonardo da Vinçinin yaradıcılığı üzrə ekspert, professor Frank Zöllner hesab edir ki, süni intellektin təhlili mübahisələrin araşdırılmasına kömək edə bilər, lakin əsərin kim tərəfindən çəkildiyi ilə bağlı suallara qəti cavab verə bilməz.
Xatırladaq ki, "Salvator Mundi" tablosu 2017-ci ildə "Christie's" hərracında 450 milyon dollara satılaraq tarixdə ən bahalı rəsm əsəri kimi tanınıb. Əsərin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman tərəfindən alındığı bildirilir. Həmin vaxtdan tablo ictimaiyyət qarşısında nümayiş etdirilməyib. Gələcəkdə onun Ər-Riyadda yaradılması planlaşdırılan Dünya Mədəniyyətləri Muzeyində sərgilənməsi nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind
24 avqustƏməkdar artist komaya düşüb
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır
7 sentyabrMərhum Xalq artistinin abidəsi adi olmayacaq
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:
25 avqust"Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
2 oktyabrXanəndənin ürəyində 4 damar dəyişdirildi
Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya
3 avqustİki teatr nazirliyin tabeliyinə keçdi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya
9 sentyabrPolad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib
26 avqustLuvr bağlanmaq təhlükəsi ilə üz-üzədir
Parisə yerləşən Luvr Muzeyinin direktoru Kristof Leribo xəbərdarlıq edib ki, bina əsaslı təmir olunmasa, muzey qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala bilər. "Qafqazinfo" xəbər verir ki, o, "Le Figaro"ya müsahibəsində muzeyin köhnəlmiş infrastrukturu və təhlükəsizli
15 oktyabr