Xanəndənin ürəyində 4 damar dəyişdirildi
Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub.
Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib.
O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyyat olunub. Bir müddət reanimasiyada qaldı, bu gün isə palataya köçürüldü. Açıq ürək əməliyyatı keçirib, ürəyində dörd damar dəyişdirilib. Əməliyyat çox uğurlu keçdi və hər şey öz qaydasında davam edir.
Göydə Allahın köməkliyi, yerdə isə dövlətimizin, Heydər Əliyev Fondunun böyük dəstəyi oldu. Gəlib prosesi nəzarətə götürdülər, hər cür dəstək göstərdilər. Onlara dərin minnətdarlığımızı bildiririk. Allah hər birinə cansağlığı versin.
Hazırda əhval-ruhiyyəsi yaxşıdır. Dünən də danışmışam, bu gün yenidən yanına gedəcəyəm. İnşallah evə qayıtdıqdan sonra özü əlaqə saxlayacaq, ona dəstək olanlara şəxsən təşəkkürünü və minnətdarlığını bildirəcək".
Qeyd edək ki, 74 yaşlı Aqil Məlikov bir neçə gün öncə səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir
Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə
23 iyulPikassonun tablosu 1,7 milyon dollara satıldı
İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo
26 iyun"Serial bəzi gənclər üçün pis örnəkdi"
Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar
14 avqustŞarovski II Fəxri xiyabanda dəfn olunacaq
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib
9 sentyabr"Kimsə rus bölməsini bağlamaq məsələsini qaldırsa, "döyüşə hazıram""
Kinorejissor Ayaz Salayev səsləndirdiyi fikirlərlə diqqət çəkib. xəbər verir ki, rejissor çıxışında məktəblərdə rus bölməsinin fəaliyyəti ilə bağlı mövqeyini açıqlayaraq bu istiqamətdə hər hansı məhdudiyyətin əleyhinə olduğunu bildirib. O qeyd edib ki, rus bölmələrinin bağlanması məsələsi gündəmə gəlsə
5 iyunMərhum Xalq artistinin abidəsi adi olmayacaq
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:
25 avqustİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
7 sentyabrPolad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar
Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter
26 avqust